Ukraynada yeni hökumət yaranır

 

117

 

Kiyevdə keçirilən mitinqdə Batkivşina Partiyasının parlament fraksiyasının lideri Arseni Yatsenyuk Yanikoviçin ona təklif etdiyi baş nazir postundan imtina etdiyi bildirib.

“Bildiyiniz kimi Yanukoviç mənə baş nazir postu təklif edib. Mənim Yanikoviçə cavabım belədir. Məni vəzifə ilə satın almaq olmaz. Cənab prezident, siz yalnız əlaltılarınızı satın ala bilərsiniz”, deyə Yatsenyuk bildirib.

Daha sonra o əlavə edib ki, bütün müxalifət liderlərinin, o cümlədən Yuliya Timaşenkonun razılığına əsasən onlar öz hökumətlərini qurumaq qərarına gəliblər.