Ukraynanın Mi-8 helikopteri partladıldı

 

6

Ukraynanın Donetsk vilayətinin Kramatorsk şəhərindəki hava limanında Mi-8 helikopteri partlayıb.

Bunu ukraynalı tanınmış hərbi ekspert Dmitri Tımçuk açıqlayıb.

D. Tımçuk bildirib ki, helikopter işə salındığı zaman naməlum şəxslər tərəfindən atəşə tutulub və partlayaraq yanmağa başlayıb. Hadisə zamanı zərər çəkən olmayıb. Ekipajın komandiri vaxtında helikopterdən çıxa bilib.

Qeyd edək ki, Kramatorsk şəhəri silahlı separatçıların fəal olduğu zonalardan biridir. (APA)