Ülvi Quliyev idmançılarla bağlı mühüm təklif verdi

“2018-c il əldə edilən bütün iqitisadi nailiyyətlər 2019-cu ilin büdcəsində əsas meyar kimi qəbul edilib. Diqqət çəkən məqam odur ki, 2019-cu ilin büdcəsi sosialyönümlüdür. Tibb, təhsil müəssisələrinin inşa edilib təhvil verilməsi, sosial təminat, sosial müdafiə xüsusi önəm daşıyır. Bundan başqa, elm sahəsinə ayrılan vəsaitin artırılması elmi tədiqaqatların aparılmasına müsbət nəıtucələrini verəcək”.

XALQ.AZ xəbər verir ki, bunu Milli Məclisin Gənclər və idman komitəsinin sədri Ülvi Quliyev parlament komitələrinin birgə iclasında büdcə müzakirələri zamanı deyib.

Komitə sədri bildirib ki, növbəti ilin büdcəsində müdafiə xərclərinin artırılması da müsbət haldır.

“Bu, silahların alınması, zabit və əsgərlərin sosial şəraitinin daha da yaxşılaşdırılmasına imkan verəcək. Ümumiyyətlə, ölkədə aparılan islahat ölkə iqtsiadiyyatını stimullaşdırır. Bu, gələcəkdə qeyri- neft sektorunun inkişafına öz töhfəsini verəcək. Büdcə tərtib olunduqda insan amili, rifah halı, təhlükəsizlik məsələləri xüsusilə nəzərə alınıb. Bu büdcə makro iqtisadi sabitliyi, dayanıqlı inkişafı təmin edəcək. Büdcəni dəstəkləyirik”.

Komitə sədri qeyd edib ki, 2019-cu ilin büdcəsində gənclər və idman siyasəti ilə bağlı artım nəzərdə tutulub.

“Bildiyiniz kimi, ölkəmizdə 2011-ci ildə Gənclər Fondu yaradılıb. Fondun vəzifəsi gənclər və gənclər təşkilalarının layihələrinin maliyyələşməsi ilə bağlı olub. Lakin 2018-ci ildə Fondun fəaliyyəti genişləndirilib. Bura gənclərin təhsil ödənişləri, maliyyələşmə, kreditlərin verilməsi və digər fəaliyyətlər əlavə edilib. Buna görə, fondun ştat cədvəli də artıb. Bu baxımdan düşünürəm ki, fondun vəzifələrini layiqincə yerinə yetirə bilməsi üçün büdcədən bu sahəyə ayrılan xərcləri artırılsın”.

Ü.Quliyev çıxışı zamanı idmançıların xaricdə təmsil olunması ilə bağlı maliyyə çətinliklərinə də toxunub.

“Ölkədə fəaliyyət göstərən federasiyalar, eləcə də idmançılar fərdi şəkildə müraciət edərək onların xaricə ezam edilməsinə ayrılan maliyyənin azlığından narazılığını bildirirlər. Bildiyiniz kimi, xaricdə milli valyuta istifadə edilmədiyindən idmançılara ayrılan maliyyə azlıq təşkil edir. Bu baxımdan idmançılarımıza qarşıdan gələn olimpiya oyunlarında lisenziya qazanmaq və bu yarışlarda uğurlar əldə etmək üçün görüləcək işlərə dəstək vetməyimiz çox vacibdir”.

 

Orxan