Ülvi Quliyev seçicilərlə görüşdü

Milli Məclisin Gənclər və idman komitəsinin sədri, 15 saylı Yasamal birinci seçki dairəsindən deputat seçilmiş Ülvi Quliyev parlamentdə seçiciləri ilə görüşüb.

 

XALQ.AZ məlumat  verir ki,  deputat təmsil etdiyi dairədə yaşayan seçiciləri ayrı-ayrılıqda qəbul edib, onların problemlərini dinləyib.

 

Millət vəkili 21 nəfər seçicinin iştirak etdiyi görüşdə ona ünvanlanan sualları cavablandırıb.

 

Ünvanlanan müraciətlər arasında əsasən iş, sosial, təhsil və s. kimi məsələlər üstünlük təşkil edib. Yeddi məsələ yerindəcə həll edilib, digər məsələlər isə nəzarətə götürülüb.

 

Ü.Quliyev seçicilərin problemlərinin həlli üçün aidiyyatı qurumlara müraciət ediləcəyini bildirib.