Ümummilli Lider Heydər Əliyevin “Anım Günü”

Gəncə sakinləri Heydər Əliyevin xatirəsini yad etdilər

Müstəqil Azərbaycan dövlətinin memarı, Ümummilli lider Heydər Əliyevin vəfatından 15 il ötür.

Anım günü ilə əlaqədar Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, şəhər rəsmiləri, ictimaiyyət nümayəndələri, idarə və təşkilatların kollektivləri, tələbələr, şəhər sakinləri Ulu öndər Heydər Əliyevin şəhərin baş meydanında ucaldılmış abidəsi önünə gül dəstələri düzüb, xatirəsini dərin ehtiramla anıblar.

Ulu Öndərin xatirəsi hər bir vətənpərvər azərbaycanlı üçün əziz və müqəddəsdir. Çünki Azərbaycanın müasir tarixi, milli dövlətçiliyimiz bu dahi şəxsiyyətin adı ilə sıx bağlıdır. Xalqımız bütün şüurlu həyatını Azərbaycanın tərəqqisinə həsr etmiş Ümummilli liderini heç vaxt unutmur və unutmayacaq.

Anım mərasimində iştirak edənlər Heydər Əliyevin Azərbaycan üçün müstəsna xidmətlərindən, müstəqilliyin qorunması, ölkənin hərtərəfli tərəqqisi uğrunda gördüyü işlərdən danışıblar. Qeyd olunub ki, Gəncə daim Ümummilli liderin diqqət və qayğısını hiss edib.

Gəncəyə etdiyi səfərlər zamanı Heydər Əliyev ilk olaraq yolunu Şeyx Nizaminin məqbərəsindən salıb, onu daim yad edib.

Azərbaycan gəncliyin də Ümummilli liderin ideyalarına sadiqdirlər. Heydər Əliyev daim gənclərin qəlbində yaşayıb və yaşayacaq.

Gəncəlilər də, hər zaman dövlətinə, ölkə rəhbərinə və ümumilli liderinə öz sədaqətini nümayiş etdiriblər. Gün boyu Ulu öndər Heydər Əliyevin abidəsi önündə izdiham müşahidə olunub, hər bir fərd dahi şəxsiyyətin xatirəsini ehtiramla yad edib.

 

****

Heydər Əliyev Mərkəzində “Anım Günü” ilə əlaqədar olaraq film nümayişlərinə başlanılıb.

Ümummilli Lider Heydər Əliyevin “Anım Günü”  ilə əlaqədar olaraq Heydər Əliyev Mərkəzində silsilə tədbirlər davam etdirilir. Tədbirlərin davamı kimi 06 dekabr 2018-ci il tarixindən etibarən Mərkəzdə fəaliyyət göstərən kurs üzvləri üçün Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən sənədli filmin nümayişinə başlanılıb. İlk olaraq “Toxuculuq” kursunun üzvlərinin iştirakı ilə keçirilən film nümayişi zamanı öncə Mərkəz əməkdaşları tərəfindən Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyəti haqqında ətraflı məlumat verildi.
Daha sonra Mərkəz əməkdaşları tərəfindən hazırlanmış və Ulu Öndərimizə həsr olunmuş  “Xalqa Bağışlanan Ömür” adlı sənədli film  nümayiş etdirildi.
Qeyd edək ki, Mərkəzdə fəaliyyət göstərən bütün kursları əhatə edəcək film nümayişləri  12 dekabr 2018-ci il tarixinədək davam edəcəkdir.

****
Ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar “Müstəqilliyimizin qurucusu – Heydər Əliyev” mövzusunda elmi-praktiki konfrans keçirilmişdir

11 dekabr tarixində Astara rayonunda Ulu öndər Heydər Əliyevin  anım günü ilə  əlaqədar “Müstəqilliyimizin qurucusu – Heydər Əliyev” mövzusunda elmi-praktiki konfrans keçirilmişdir.

Rayonun idarə, müəssisə və təşkilat rəhbərləri və ictimaiyyətin nümayəndələrinin iştirak etdiyi tədbirdə xalqımızın ümummili lideri, ulu öndər Heydər Əliyevin unudulmaz xatirəsi bir dəqiqəqlik sükutla yad edilmiş, “Müstəqilliyimizin qurucusu – Heydər Əliyev” adlı film nümayiş etdirilmişdir.

Konfransda çıxış edən rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev qeyd etmişdir ki, Azərbaycanın tarixi və taleyi xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyevin adı ilə qırılmaz tellərlə bağlıdır. Qeyri-adi şəxsiyyət, siyasət və dövlət xadiminə xas olan böyük istedadı ilə fərqlənən Heydər Əliyev hələ sağlığında canlı əfsanəyə çevrilmişdir.

Xalqımızın dahi oğlu Heydər Əlirza oğlu Əliyev 10 may 1923-cü ildə qədim Naxçıvan şəhərində dünyaya göz açmışdır. Ötən əsrin qırxıncı illərindən respublika hüquq mühafizə orqanlarında fəaliyyətə başlamış, Dövlət Təhlükəsizliyi Komitəsinin sədri vəzifəsinə kimi yüksəlmiş, 1969-cu ilə qədər bu vəzifədə çalışmışdır.

1969-1982-ci illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinə rəhbərlik edən Heydər Əliyev Azərbaycanı geridə qalmış aqrar respublikadan çiçəklənən, yüksək inkişaf edən bir diyara çevirmişdir. Həmin dövrdə ölkəmiz sənaye, kənd təsərrüfatı, milli kadr potensialının formalaşdırılması, Azərbaycan dilinin Konstitusiyada təsbit olunması və başqa mühüm istiqamətlərdə böyük nailiyyətlər qazanmışdır.

1982-1987-ci illərdə Heydər Əliyev Sovetlər birliyində Siyasi Büronun üzvü olmaqla SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsinə yüksəlmiş, o dövrdə ölkənin ən mühüm sahələrinə rəhbərlik ona etibar edilmişdir. Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq, tutduğu vəzifələrdən istefa verib.

Bu böyük insan bir də 1990-cı ildə xalqının başına gətirilən müsibətlərə dözməyərək siyasi səhnəyə qayıtmağa məcbur oldu.

Xalqın təkidi ilə ikinci dəfə siyasət meydanına qayıdan Heydər Əliyev 1990-cı ilin sentyabrında Naxçıvan Muxtar Respublikası və Azərbaycan Respublikasının Xalq Deputatı seçildi. Bununla da həyatının daha gərgin, məsuliyyətli və şərəfli dövrü başlandı. O, 1990-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsində işlədiyi dövrdə respublikadan təcrid olunmuş, blokada şəraitində yaşayan Naxçıvana yeni ümid və həyat vermişdir.

Həmin illər Azərbaycan Respublikası öz çətin günlərini yaşayırdı. Ölkəmiz elan olunmamış müharibəyə cəlb edilmiş, Dağlıq Qarabağ və bir sıra ətraf rayonlar düşmən tərəfindən işğal edilmişdi. Soydaşlarımız doğma yurd-yuvalarından didərgin düşmüş, ölkədə hərc-mərclik, vətəndaş müharibəsi şəraiti yaranmışdı. Xilas yolunu Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışında görən Azərbaycan xalqı təkidlə onu xilaskarlıq missiyasını yerinə yetirməyə dəvət etdi. Beləliklə, Ulu Öndər 1993-cü ildən ömrünün sonuna qədər,  yəni 2003-cü ilədək memarı və qurucusu olduğu Müstəqil Azərbaycan Respublikasına rəhbərlik etmişdir.

Sovet dönəmində və müstəqillik illərində xalqın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində baş verən yüksək inkişaf ümummilli liderin yorulmaz fəaliyyəti, uzaqgörən siyasəti nəticəsində olmuşdur. Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə doğma Vətəninin tərəqqisi üçün yorulmadan mübarizə aparmış dahi şəxsiyyətdir. Təcrübəli dövlət xadimi olan Heydər Əliyev zamanın ən çətin və mürəkkəb sınaqlarından məharətlə keçərək Böyük Xilaskar rolunu oynamış, bizim üçün bugünkü Müstəqil Azərbaycanımızı yaratmışdır. O,  zəngin mədəniyyəti, tarixi keçmişi ilə həmişə qürur duyduğu və gələcək nəsillərin taleyi üçün düşündüyü doğma Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından uğurla çıxararaq xalqımıza əmanət etmişdir.  Bu gün fəxrlə deyə bilərik ki, Heydər Əliyev müasir müstəqil Azərbaycanın banisidir.

Ulu öndərin arzu və ideyaları bu gün onun siyasi varisi, ölkə Prezidenti möhtərəm cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilir.

Bu yolla inkişaf edən Müstəqil Azərbaycanımız inanırıq ki, bundan sonra da möhtərəm Prezidentimizin rəhbərliyi altında daha böyük nailiyyətlər əldə edəcəkdir.

Tədbirdə YAP Astara rayon təşkilatının sədri Firudin Əhmədov, Rayon Prokurorluğunun böyük müstəntiqi Ruslan Babzadə, Asxanakəran kənd İƏD nümayəndəliyi üzrə  Ağsaqqallar Şurasının sədri Ramiz Gənciyev, Sərək kənd folklor evinin direktoru Yaqut Məmmədova, Rayon icra Hakimiyyəti aparatının məsul işçisi İsmət Quliyev çıxış etmişlər.

****
Ağdaş rayonunun təhsil və mədəniyyət müəssisələrində xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyevin vəfatının 15-cü ildönümü ilə bağlı anım tədbirləri keçirildi.

11 dekabr 2018-ci il tarixdə Ağdaş Dövlət Humanitar Kolleci, Peşə məktəbi və Heydər Əliyev  Mərkəzində keçirilən tədbirlərdə xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, görkəmli dövlət xadiminin həyat və fəaliyyətini əks etdirən video görüntülər nümayiş etdirilmişdir.
Tədbirlərdə çıxış edənlər tərəfindən Heydər Əliyev fenomeni, onun şəxsiyyətinin ucalığı, fövqəladə idarəçilik qabiliyyəti, yüksək intellekti, dünyanın görkəmli siyasətçilərindən biri olduğu qeyd edilmiş, onun rəhbərliyi altında dövlət quruculuğu prosesləri, təhsil və mədəniyyət sahələrində böyük uğurlara nail olunduğu, iqtisadiyyatın inkişafı ilə bağlı islahatların həyata keçirilməsi sahəsində inanılmaz nəticələrin əldə edildiyi vurğulanmışdır.
Diqqətə çatdırılmışdır ki, təməli ulu öndər tərəfindən qoyulan demokratik dövlət quruculuğu prosesləri Prezident İlham Əliyevin rəhbərliyi altında bütün sahələrdə aparılan uğurlu islahatlar, əldə olunan nəticələr xalqın sabaha olan inamını qat-qat artırmış, Heydər Əliyev yolunun layiqincə davam etdirildiyinə, memarı olduğu müstəqil Azərbaycanın etibarlı əllərdə olduğuna möhkəm əminlik yaratmışdır.

****
Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirildi

11 dekabr 2018-ci il tarixində Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş dəyirmi masa keçirildi.
İlk öncə tədbir iştirakçıları Heydər Əliyev adına parkda Ulu Öndərin abidəsini ziyarət edərək önünə tər çiçək dəstələri düzüb, dahi şəxsiyyətə hörmət və ehtiramlarını bildirdilər.
Yığıncaqda Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov,  Millət vəkili, YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov, digər qonaqlar və rayon ictimaiyyəti iştirak edirdi.
Tədbirdə ilk öncə Ulu Öndərin zəngin həyatını əks etdirən qısametrajlı film nümayiş olundu.
Tədbiri giriş nitqi ilə açan Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov Azərbaycan dövlətçiliyinin söykəndiyi təməl prinsiplərinin Heydər Əliyev tərəfindən yaradıldığını qeyd etdi. Bildirdi ki, Ulu Öndər    Heydər Əliyev özünün titanik fəaliyyəti və qətiyyətli qərarları ilə müstəqilliyimizin formalaşmasında, ölkədə sabitliyin əldə olunmasında, həmçinin, Azərbaycanın dünya ölkələri arasında nüfuzunun yüksəldilməsində müstəsna xidmətlər göstərib. Məhz buna görə də, xalqımız Ümummilli Lider Heydər Əliyevi müasir müstəqil Azərbaycan dövlətinin memarı, qurucusu adlandırıb. Ümummilli Lider Heydər Əliyevin müdrikcəsinə söylədiyi “Azərbaycan dünyaya günəş kimi doğacaq” fikrini xatırladaraq Ulu Öndərin layiqli davamçısı Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin sayəsində bunun artıq reallıq olduğunu vurğuladı.
Başçı Ulu Öndərin göstərdiyi misilsiz xidmətlərindən söz açaraq, parlaq şəxsiyyətin fəaliyyətini araşdırdıqda Vətənini hədsiz dərəcədə sevən bir insanın ölkəsinin tarixinə, xalqına son dərəcə böyük sevgi və hörmətlə yanaşmasını heyrətamiz hiss kimi səciyyələndirdi.
O, Ulu Öndərin Milli Mətbuatımıza göstərdiyi  diqqət və qayğıdan danışdı, MDB məkanında ilk olaraq senzuranın məhz onun təşəbbüsü ilə götürüldüyünü qeyd etdi.  Bildirdi ki, müasir Azərbaycanın mürəkkəb və taleyüklü dövründə dövlətə rəhbərlik missiyasını öz üzərinə götürən Heydər Əliyevin xilaskarlıq və quruculuq missiyasını şərəflə yerinə yetirməklə, nəinki xalqımızın ən parlaq siması, eləcə də dünya siyasi elitasının görkəmli şəxsiyyətlərindən biri kimi tarixdə silinməz iz qoymuşdur.
Millət vəkili, YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov çıxışında Ulu Öndərin dövlətçilik səriştəsi və bacarığı ilə qarşıya çıxan bütün çətinliklərə baxmayaraq, Azərbaycanı olduqca mürəkkəb zamanın dalğaları arasından salamat çıxardığını, ona həm bölgədə, həm də dünyada layiqli yer qazandırdığını vurğuladı və ölkəmizin əldə etdiyi nailiyyətləri diqqətə çatdırdı.
Millət vəkili, YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov Heydər Əliyevin ən böyük xidmətlərindən birini YAP-ın yaradılması olduğunu da geniş şərh etdi.
Natiq sonra qeyd etdi ki, bu gün ölkəmiz, Azərbaycan Prezidenti cənab İlham Əliyevin yorulmaz və qətiyyətli fəaliyyəti nəticəsində, dünyanın sayılan-seçilən ən güclü və qüdrətli dövlətlərindən birinə çevrilmişdir.
Yekun nitqində rayon İcra hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov Ulu Öndər Heydər Əliyev Azərbaycanın yeni tarixini yazıb, yaratdığını və bu tarixin bu gündə yaşadığını bildirdi. Qeyd etdi ki, dahi şəxsiyyət ictimai-siyasi həyatın bütün sahələrini fəth etmişdir. Bu dahi insan tarixi yazan və yaradan, onu yönəltməyi və fövqündə durmağı bacaran, dövlət idarəçiliyini öz fəaliyyəti ilə diktə edən nadir şəxsiyyətlərdən biri idi. Heydər Əliyev məhz güclü xarizmatik şəxsiyyət, fenomenal siyasətçi və dövlət xadimidir. Onun ən böyük gücü dərin, həm də universal biliyində, qətiyyətində, işgüzarlığında, qeyri-adi yaddaşında, tükənməz səbrində, uzaqgörənliyində, qarşısına qoyduğu məsələni həyata keçirmək qabiliyyətində, müdrikliyində, ən böyük siyasətçi keyfiyyətlərində, mahir diplomat və həmsöhbətinə təsir etmək gücünə malik olmasında idi.
Sonda rayon icra hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov qonaqlara və tədbir iştirakçılarına təşəkkürünü bildirərək, yığıncağı yekunlaşdırdı.

****
Nizami rayonunda Ulu öndərin anım günü münasibətilə tədbir keçirilib

11 dekabr 2018-ci il tarixində Nizami Rayon İcra Hakimiyyətində Ulu öndərin anım günü münasibətilə “Ölməz dahi şəxsiyyət” mövzusunda tədbir keçirilib.

Tədbirdə Milli Məclisin deputatı, YAP Nizami rayon təşkilatının sədri Sədaqət Vəliyeva, Rayon İcra Hakimiyyəti başçısı aparatının əməkdaşları, hüquq-mühafizə orqanlarının, təhsil və səhiyyə müəssisələrinin, ictimai təşkilatların rəhbərləri iştirak ediblər.

Öncə İcra Hakimiyyətinin foyesindəki ümummilli lider Heydər Əliyevin büstünün önünə gül dəstələri düzülüb.

Tədbirdə Ulu öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Ümummilli Liderə həsr edilmiş film nümayiş etdirilib.

Filmin nümayişindən sonra Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov çıxış edərək, dünya şöhrətli siyasi və dövlət xadimi Heydər Əliyevin bütün ömrünü doğma vətənimizin iqtisadi, sosial və mədəni tərəqqisinə, xalqımızın firavanlığı və xoşbəxtliyinə, ölkəmizin dünya birliyində özünəməxsus layiqli yer tutması uğrunda mübarizəyə həsr etdiyini söyləyib. Ulu öndərin respublikamıza rəhbərlik etdiyi illər ərzində böyük elmi, intellektual kadr, iqtisadi və enerji potensialı yaradılmasına nail olduğunu, ölkəmizin müstəqil yaşaması üçün möhkəm təməl qoyduğunu qeyd edən A.Qasımov bildirib ki, Azərbaycan xalqının qazandığı müstəqilliyə və onun qorunub saxlanması sahəsində əldə etdiyi bütün nailiyyətlərə görə dahi oğluna daim minnətdardır.

Sonra Rayon Ağsaqqallar Şurasının sədri Mayıl Əliyev “Ölməz dahi şəxsiyyət” mövzusunda məruzə edərək, Heydər Əliyevin öz xalqına, vətəninə sonsuz sədaqəti, məhəbbəti, uzaqgörənliyi, xeyirxahlığı, düşünülmüş və gərgin fəaliyyəti ilə Azərbaycanın XX əsr ictimai-siyasi, iqtisadi, mədəni, mənəvi həyatında yeni bir tarix yaratdığını söyləyib.

Tədbirdə çıxış edən Milli Məclisin deputatı Sədaqət Vəliyeva və Milli Məclisin deputatı Rövnəq Abdullayevin qərargahının rəhbəri Süsən Salmanova  şərəfli  və mənalı ömrünü  ölkəmizin tərəqqisinə həsr etmiş ulu öndər Heydər Əliyevin  müasir Azərbaycan dövlətçiliyinin ideloji-siyasi əsaslarını yaratdığını və öz xalqını həqiqi müstəqilliyə qovuşdurmaqla ictimai şüurda əbədiyaşarlıq hüququnu qazandığını söyləyərək qeyd ediblər ki, hər bir azərbaycanlı Ümummilli Liderin bu xidmətlərini yad edir və onun ölməz xatirəsinə  dərin ehtiramını bildirir.

Tədbirin sonunda Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov Azərbaycan dövlətinin xilaskarı, ümummilli lider Heydər Əliyevin qəlbimizdə daim yaşadığını və yaşayacağını qeyd edərək, memarı və qurucusu Ulu Öndər olan müstəqil dövlətimiz qarşısında hər bir vətəndaşın borcunun Azərbaycanı qoruyub yaşatmaq olduğunu vurğulayıb.

****
YAP Binəqədi Rayon Təşkilatında Ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş “Dahi!” adlı tədbir keçirildi

10.12.2018- ci il tarixində Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının inzibati binasında Binəqədi Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının birgə təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anım gününə həsr edilmiş “Dahi!” adlı tədbir keçirildi. Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, Millət vəkili, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, ATƏT PA-nın vitse-prezidenti, Siyasi elmlər üzrə fəlsəfə doktoru Azay Quliyev, Milli Məclisinin deputatı Kamaləddin Qafarov, YAP Siyasi Şurasının üzvü, Bakı Dövlət Universitetinin «Qafqaz xalqları tarixi» kafedrasının müdiri, tarix elmləri doktoru, professor, Azərbaycan Respublikasının Əməkdar müəllimi İradə Hüseynova, rayon ictimaiyyəti və rayonun fəal gəncləri iştirak etdilər. İlkin olaraq qonaqlar Ulu öndər Heydər Əliyevin heykəli önünə gül qoydular. Ulu Öndərin əziz xatirəsi 1 dəqiqəlik sükut ilə yad edildi.
Çıxış edən Azay Quliyev Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideologiyası həm Azərbaycanda, həm də bütün dünyada yaşayan soydaşlarımızın ümummilli mənafelər çevrəsində bir araya gəlməsi, Azərbaycan mənafelərinin qələbə çalması üçün fundamental baza rolunu oynadığını bildirdi.
Çıxış üçün söz verilən Kamaləddin Qafarov Heydər Əliyev siyasi obrazının Azərbaycan xalqının dövlətçilik şüurunun, tarixinin sınağından şərəflə çıxmış bütöv bir idarəçilik məktəbinin, müasir ictimai-siyasi fikrin ən davamlı keyfiyyətlərinin canlı mənzərəsi olduğunu qeyd etdi.
Daha sonra çıxış üçün Bakı Dövlət Universitetinin «Qafqaz xalqları tarixi» kafedrasının müdiri, tarix elmləri doktoru, professor, Azərbaycan Respublikasının Əməkdar müəllimi İradə Hüseynovaya söz verildi. İradə Hüseynova Ümummilli lider Heydər Əliyevin bizlərə Azərbaycanın nurlu sabahı uğrunda, lazım gələrsə, öz həyatımızı qurban vermək, milli yüksəliş naminə fərdi maraqların fövqündə dayanmağı bacarmaq, Vətənə təmənnasız xidmət kimi ən şərəfli ideallarını aşıladığını dedi.
Çıxış üçün söz verilən Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev Böyük Öndərin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin şəxsində Azərbaycanın müstəqilliyinin, ölkəmizin sosial-iqtisadi, mədəni yüksəlişinin daimiliyini, əbədiliyini, dönməzliyini təmin edəcək layiqli davamçısını müəyyənləşdirdiyini bildirdi. Natiq Azərbaycanın bu gün cənab İlham Əliyevin rəhbərliyi altında aydın bir yolla öz parlaq sabahlarına doğru addımladığını, bu yolun Heydər Əliyev yolu olduğunu qeyd etdi.

Anım günü tədbirinin rəsmi hissəsi bitdikdən sonra, tədbir bədii hissə ilə davam etdirildi. Bədii hissə zamanı Ümummili liderin sevdiyi musiqiləri özündə əks etdirən ifalar ilə bərabər qonaqlara Heydər Əliyevə həsr edilmiş şeir və musiqi kompozisiyaları təqdim edildi.
Sonda  Azərbaycan Respublikasının xalq artisti Faiq Ağayevin ifasında “Dahi” mahnısı səsləndi.

****
Xətai rayonunda Ulu Öndərin əziz xatirəsi ehtiramla yad edildi

Xətai rayonunda Ümummilli Lider Heydər Əliyevin vəfatının 15-ci ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilir. Rayonun idarə, müəssisə və təşkilatlarında, təhsil və səhiyyə müəssisələrində Ulu Öndərin əziz xatirəsi dərin hörmət və ehtiramla anılır.
Dekabrın 11-i rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov, rayon İcra Hakimiyyəti Aparatının nümayəndələri, idarə və təşkilatların, təhsil, səhiyyə müəssisələrinin rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri Ulu Öndərin adını daşıyan parka gələrək onun xatirəsinə həsr olunmuş anım mərasiminə qatılmışlar.
Tədbir iştirakçıları  Dahi Öndərin abidəsi önünə tər çiçəklər qoymuş, əziz xatirəsini ehtiramla yad etmişlər.
Xətai rayonunda Ümummilli Liderin anım günü ilə əlaqədar keçirilən  tədbirlərdə Ulu Öndərin həyat və fəaliyyəti haqda geniş söhbətlər açılmış, ruhuna dualar oxunmuşdur.

****
Suraxanıda Ulu Öndər Heydər Əliyevi Anım gününə həsr olunmuş ümumrayon tədbiri keçirilmişdir

Suraxanı Rayonu Heydər Əliyev Mərkəzi, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Suraxanı Rayon İcra Hakimiyyəti və YAP Suraxanı Rayon Təşkilatının birgə təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevi Anım günü münasibəti ilə “Dövlət və xalq üçün yaşanan ömür” mövzusunda konfrans keçirilmişdir.
Əvvəlcə Suraxanı Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın üzvləri, Azərbaycan Dövlət Pedaqoji Universitetinin nümayəndələri, YAP Suraxanı Rayon Təşkilatının İdarə Heyətinin üzvləri, 3 mindən yuxarı ictimaiyyətin nümayəndələri və rayon ziyalıları əvvəlcə Ümummilli Liderin Heydər Əliyev parkında ucalan abidəsini ziyarət etdi. Sonra konfrans iştirakçıları Suraxanı Rayonu Heydər Əliyev Mərkəzi ilə tanış oldular, Mərkəzdə təşkil olunmuş “Ulu Öndərin neft strategiyası” mövzusunda rayon məktəblilərinin hazırladıqları rəsmlərə, əl işlərinə, Ümummilli Liderin xatirəsinə həsr olunmuş Poçt markalarına və kitab sərgisinə baxdılar. Şagirdlərin və gənclərin Ulu Öndərlə bağlı çıxışlarını dinlədilər.
Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş “Dövlət və xalq üçün yaşanan ömür” filmi nümayiş olundu.
Konfrans Azərbaycan Respublikasının dövlət himninin  səsləndirilməsi ilə başladı.
Dünya miqyaslı siyasətçi, sağlığında əfsanəviləşən, haqq dünyasına qovuşduqdan sonra bu dünyanın fəlsəfəsinə, hikmət qaynağına çevrilən Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Konfransı giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov qeyd etdi ki, 12 dekabr Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin əbədiyaşar xatirəsinin anım günüdür. Ulu Öndərin gərgin əməyi və qətiyyəti sayəsində yeni, müasir Azərbaycan dövləti qurulmuş, ölkəmiz dünya məkanında öz layiqli yerini tutmuşdur. Bu dahi şəxsiyyətin Azərbaycana rəhbərlik etdiyi dövr çoxəsrlik dövlətçilik tariximizin ən şanlı səhifələrindəndir.
Heydər Əliyev müstəqil Azərbaycan dövlətçiliyinin siyasi, Ideoloji, iqtisadi əsaslarını yaratmış, xalqı müstəqil, güclü dövlətə sahib olmaq arzusuna qovuşdurmuş və çağdaş tariximizdə əbədiyaşarlıq qazanaraq sağlığında canlı əfsanəyə çevrilmiş dahi şəxsiyyətdir. Ümummilli Liderin cismani yoxluğundan illər keçdikcə onun böyüklüyü və bitib-tükənməyən irsi daha dərindən dərk olunur, Heydər Əliyev dühasının Azərbaycan tarixində yeri və rolu, xalqı, dövləti qarşısındakı misilsiz xidmətlərinin mahiyyəti açıldıqca daha da zənginləşir.
Tarix Heydər Əliyev yaratdı, Heydər Əliyev tarix yaratdı.
Ötən zaman kəsiyi göstərdi ki, Ulu Öndər Heydər Əliyevin həlledici bir məqamda hakimiyyətə gəlişi, Azərbaycanın müasir tarixinin şərəfli səhifələrinin yazılmasına və ölkəmizin müstəqilliyinin əbədiliyinə zəmin yaratdı.
Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövləti, Azərbaycan xalqı qarşısında xidmətləri əvəzedilməzdir.
Azərbaycan dövlətçiliyinin yaradılması, bu dövlətçiliyin inkişaf modelinin qurulması istiqamətində Ulu Öndərin tarixi xidmətləri bütün dünyanın qəbul etdiyi, öyrəndiyi zəngin bir irsdir.
Azərbaycan xalqı fəxr edir ki, onun müasir tarixi, taleyi dahi şəxsiyyət Heydər Əliyevin adı və yaratdığı ideyalarla birbaşa bağlı olmuş və xalqın müqəddəratında həlledici rol oynamışdır.
Xalqımız Ümummilli Liderə həm də ona görə minnətdardır ki, bütün həyatını, ömrünü-gününü müstəqil Azərbaycanın dirçəliş və tərəqqisinə sərf edərək yaratdığı ən möhtəşəm əsərini – memarı olduğu müstəqil Azərbaycanı etibarlı əllərə tapşırıb əbədiyyətə qovuşdu.
Ulu Öndərin milli maraqlara əsaslanmaqla həyata keçirdiyi inkişaf strtegiyası bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən inamla icra olunur. Heydər Əliyev siyasi kursunu müasir çağırışlar fonunda yeni keyfiyyətdə layiqincə davam etdirən, xəyalları gerçəkliyə çevirən, öz siyasi kredosunu xalqın xidmətçisi olmaqda görən möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müdrik siyasəti nəticəsində Azərbaycan tarixinin ən qüdrətli dövrünü yaşayır. Azərbaycan bir sıra qabaqcıl ölkələrin onilliklər boyu keçdiyi inkişaf mərhələsini sürətlə adlayaraq, postsovet məkanında keçid dövrünü başa vuran ilk ölkə olmuşdur.
Cənab Prezidentlə çiyin-çiyinə çalışan, Onun ən yaxın silahdaşı, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva dövlət səviyyəsində həyata keçirilən bu işlərdə xüsusi xidmətlər göstərərək irimiqyaslı   layihələri ilə   davamlı olaraq cəmiyyətə öz töhfəsini verir.
Konfransda çıxış edən Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, tarix elmləri doktoru, professor, Cəfər Cəfərov qeyd etdi ki, bu günlər Respublikamızın hər yerində Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir daha anılır. Bütün ömrü boyu Azərbaycanın inkişafı, Azərbaycan xalqının xoşbəxtliyi üçün çalışan Ulu Öndər Heydər Əliyev Azərbaycanın bu gününü – müasir Azərbaycanı yaratmışdır.
Ötən zaman kəsiyi göstərdi ki, Ulu Öndərin həlledici bir məqamda hakimiyyətə gəlişi, Azərbaycanın müasir tarixinin şərəfli səhifələrinin yazılmasına və ölkəmizin müstəqilliyinin daimi yaşamasına zəmin yaratdı.
Ulu Öndərin Azərbaycan təəssübkeşliyi nəticəsində 70-ci illərinin sonu, 80-ci illərinin əvvəllərində əsası qoyulmuş və inşa edilmiş müəssisələr Azərbaycanı yalnız aqrar ölkə və xammal bazası rolu oynayan müstəmləkə çərçivəsindən çıxaraq SSRİ-nin güclü iqtisadiyyata malik sənaye mərkəzlərindən birinə çevirmişdir. Görülən bu işlər Azərbaycançılığın formalaşmasının sosial-iqtisadi əsaslarını təşkil edən xidmətlərin bir nümunəsidir. Azərbaycançılıq məfkurəsinin mənəvi əsasını təşkil edən Azərbaycan dilinin 1978-ci ildə, Sovet İmperiyasının çiçəkləndiyi bir dövrdə qəbul edilmiş Konstitusiyada dövlət dili kimi təsbit edilməsi, Heydər Əliyev dühasının unikal nailiyyəti idi.
Bütün bunlar vətəndaş, şəxsiyyət və lider kimi Heydər Əliyevin dövlətçilik təfəkkürü və Azərbaycançılıq məfkurəsinə ən çətin dönəmlərdə də sadiq qalaraq Azərbaycanda milli mənlik şüurunun inkişafındakı xidmətlərinin bariz göstəricisidir.
2003-cü ildən bəri ötən zaman kəsiyi də Ümummilli Liderin ideya və idarəçilik məktəbinin əbədiyaşarlığının növbəti sübutu oldu. Ulu Öndərin layiqli davamşıçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyev istər övlad, istər rəhbər, istər sərkərdə kimi Heydər Əliyev ucalığının təcəssümüdür, ən ümdə xəyalları gerçəyə çevirən dövlət başçısıdır.
Heydər Əliyev siyasəti yaşayır və Azərbaycanın müstəqilliyini əbədi və dönməz edir.
Konfransda məruzə ilə çıxış edən tarix elmləri doktoru, professor Mais Əmrahov qeyd etdi ki, Ulu Öndər Heydər Əliyev nadir insanlardandır ki, onda böyük uzaqgörənlik, məxsus olduğu insanlara, xalqa, torpağa böyük sədaqət hisslər var idi. Və o hisslər tamamilə onun vücudunda idi, varlığında idi. Heydər Əliyev yüksək insani keyfiyyətlərə malik bir şəxsiyyət idi. Ədaləti, düzlüyü, səmimiyyəti, insani keyfiyyətləri xüsusilə qiymətləndirən, ona məna verən böyük şəxsiyyət idi. Ulu Öndərdə müqəddəs ideyalar, əməllər ətrafında insanları ətrafına yığmaq, öz arxasınca aparmaq qabiliyyəti var idi. Ona məxsus olan ən böyük keyfiyyətlərdən biri də səmimi olmaq idi. Ona görə də Ulu Öndər Heydər Əliyev ilk baxışda onunla təmasda, ünsiyyətdə olan insanları inandırır və onları doğru yola, düz yola istiqamətləndirməyi bacarırdı. Xalqa arxalanan, xalqı hər zaman öz arxasında görən, qəlbində Azərbaycan insanına məhəbbət olan rəhbər həmişə qalib olur.
Tədbirdə Milli Məclisin deputatı Ağacan Abiyev, Yeni Azərbaycan Partiyası Suraxanı rayon Təşkilatının sədri Vüqar Seyidov, Rayon Ağsaqqallar Şurasının sədri, Suraxanı Maşınqayırma Zavodu” TASC İdarə Heyətinin sədri Arif Babayev çıxış etdilər.
Sonda Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbələrinin ifasında ədəbi-bədii kompozisiya göstərildi.

 

****
Sabunçu rayonunda Ümummilli lider Heydər Əliyevin anım günü qeyd edildi
07.12.2018-ci il tarixdə Sabunçu Gənclər Evində Ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş tədbir keçirildi.
  Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı cənab Adil Vəliyev, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavinləri, RİH başçısı aparatının şöbə müdirləri və əməkdaşları, Yeni Azərbaycan Partiyasının Sabunçu rayon təşkilatının sədri, Sabunçu rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, rayonda fəaliyyət göstərən təhsil, səhiyyə, sosial xidmət və digər müəssisələrin rəhbərləri və rayon gəncləri iştirak edirdilər.
Tədbirdə  ilk olaraq Ulu Öndərin həyat və fəaliyyətinə həsr edilmiş video-çarx nümayiş etdirildi. Sonra Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri giriş sözü ilə açan Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı cənab Adil Vəliyev öz çıxışında bildirdi ki, Ümummilli lider Heydər Əliyevin parlaq siyasi zəkası, müdrikliyi sayəsində xalqımız öz milli-mənəvi dəyərlərini qoruyaraq yeni minilliyə inamla qədəm qoymuşdur. Tarixin nadir hallarda yetişdirdiyi görkəmli şəxsiyyətlərdən biri olan Heydər Əliyev olduqca  mürəkkəb bir dövrdə qarşıya çıxan bütün problemləri dəf edərək Azərbaycana regionda və dünyada layiqli yer qazandırmışdır. Yalnız vətənini və xalqını düşünən Heydər Əliyevin ürəyi müstəqilliyimizin möhkəmləndirilməsi və xalqın xoşbəxtliyi üçün çırpınırdı. O, Azərbaycanın ən çətin anlarında üzərinə düşmüş xilaskar missiyasını ləyaqətlə yerinə yetirmiş, bu yolda heyrətamiz fədəkarlıqlar göstərmiş, xalqı bir çox müdhiş bəlalardan hifz edə bilmişdir. O, fitri istedadı və zəngin təcrübəsi hesabına hadisələrin gedişini qabaqcadan görür, böyük əhəmiyyət kəsb edən tarixi qərarlar qəbul edir və bu zaman əsl vətənpərvər mövqeyində dayanırdı. Heydər Əliyev zəngin və çoxəsrlik  Azərbaycan tarixində  dövlət başçısı və Prezident kimi müstəsna yer tutub. Onun çoxşaxəli fəaliyyəti əhəmiyyəti və dəyəri  baxımından ölkəsinin hüdudlarını aşır, dünyada gedən qlobal proseslərə öz təsirini göstərirdi. Heydər Əliyev həm də zəmanəsinin böyük mütəfəkkiri və filosofu olaraq Azərbaycançılıq fəlsəfəsini formalaşdırır və inkişaf etdirirdi. Məhz bu fəlsəfə Azərbaycanın müasir dünyada xüsusi yerini müəyyənləşdirmiş, milli dövlətçiliyimizin təməl prinsiplərini təşkil etmişdir. A.Vəliyev Ulu öndərin layiqli davamçısı cənab prezidentimiz  İlham Əliyev tərəfindən dahi şəxsiyyətin ideyaları və arzularının həyata keçirilməsi, ölkəmizin güclənməsi və daha da inkişaf etməsi  istiqamətində reallaşdırılan layihələrdən ətraflı danışdı.
Daha sonra çıxış edən Sabunçu Rayon Məhkəməsinin sədri İlqar Abbasov, Yeni Azərbaycan Partiyasının Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva,  Nardaran qəsəbəsi 295 saylı tam orta məktəbin kitabxana müdiri Kəmalə Cəfərova, YAP-ın Sabunçu rayon təşkilatının Gənclər birliyinin üzvü Bəxtiyar Məmmədov və Bakıxanov qəsəbəsi 271 saylı tam orta məktəbin direktoru Səməndər Məmmədov Ulu öndər Heydər Əliyevin bir şəxsiyyət kimi böyüklüyü, mənəvi zənginliyi, ictimai-siyasi xadim kimi vətənpərvərliyi, xalqına bağlılığı, haqq yolundakı mübarizliyi, müstəqilliyimizin, dövlətçiliyimizin möhkəmlənməsi istiqamətində həyata keçirdiyi islahatlar və ən çətin anda, taleyüklü məqamlarda haqqa söykənərək xalqının xidmətində durmağından söz açdılar.
Tədbirin sonunda Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı cənab Adil Vəliyev yekun sözü ilə çıxış edərək dünya azərbaycanlılarının həmrəyliyinə və birliyinə nail olmasında Ümummilli lider Heydər Əliyevin misilsiz xidmətləri, dünya azərbaycanlılarının müstəqil Azərbaycan ətrafında birləşməsi üçün yorulmadan çalışması və Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan Ulu öndər kimi qalmasından danışdı.

***

Biləsuvarda Ümummilli lider Heydər Əliyevin xatirəsinin anım günü keçirildi.

11 dekabr  2018-ci ildə Heydər Əliyev Mərkəzində Müasir  Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş  tədbir keçirildi.
Tədbirdə Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, hüquq mühafizə orqanları, rayonun bütün idarə, müəssisə, təşkilatlarının kollektivləri və rayon ictimaiyyəti iştirak etdi.
Tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev  parkında  Ulu Öndərin abidəsini ziyarət etdilər, əziz xatirəsinə tər çiçəklər qoyuldu.Sonra Heydər Əliyev Mərkəzində Ümummilli Liderin həyat və fəaliyyətinin ayrı-ayrı dövrlərini canlandıran fotoşəkillərə baxıldı.
Tədbiri  giriş  sözü  ilə  açan  rayon  İcra  Hakimiyyətinin  başçısı  Mahir Quliyev  Ulu  Öndərin  həyat  və  fəaliyyəti  haqqında  geniş  məruzə  etdi.
O, bildirdi ki, Azərbaycanın  çoxəsrlik  dövlətçilik  tarixində əbədi  yaşamaq  istəyən  sərkərdələr, fatehlər, hökmdarlar, dövlət  rəhbərləri,  ictimai-siyasi xadimlər  çox olmuşdur.Tarixdə əbədi qalmaq şərəfinə  nail olanların  sayı  isə  elə  də  çox olmamışdır.İnsanların şüuruna hakim  kəsilən  belə  şəxsiyyətlər,  adətən  zamanın fövqündə  durmuş,  sağlığında  milyonların qəlbinə köçmüşdür. Mənsub olduğu  millətin sevimlisinə,   əvəzedilməz  öndərinə  çevrilmiş  olan  belə  dahi  şəxsiyyətlərdən  biri də  Azərbaycan xalqının lideri  Heydər Əlirza oğlu Əliyev olmuşdur. Azərbaycanın son otuz ildən artıq bir dövrünü əhatə ‎edən tarixi taleyi Heydər Əliyevin adı ilə qırılmaz tellərlə ‎bağlıdır. Bu illər ərzində xalqın ictimai-siyasi, iqtisadi və ‎mədəni həyatının bütün sahələrində dirçəliş məhz onun ‎adı ilə əlaqədardır. Heydər Əliyev rəhbərlik etdiyi bu dövr ‎ərzində daim tərəqqisi üçün çalışdığı, zəngin ‎mədəniyyəti, böyük tarixi keçmişi ilə həmişə qürur ‎duyduğu və gələcək nəsillərinin taleyi üçün düşündüyü ‎doğma yurdu Azərbaycanı bir dövlət kimi zamanın ağır ‎və sərt sınaqlarından çıxarmışdır.‎
60-cı illərin  sonlarında keçmiş  SSRİ-nin əyalətlərindən  biri olan  Azərbaycanda  iqtisadiyyatda, cəmiyyətin ictimai-siyasi həyatında narahatlıq  doğuran  tənəzzül  prosesləri  açıq  müşahidə edilirdi.Azərbaycanın  siyasi-iqtisadi həyatında  yaranmış tənəzzül xalqın  mənəvi-psixoloji  durumuna  mənfi  təsir  göstərmişdir. Milli  kadrların  hazırlanması,  milli  dilin  inkişaf etdirilməsi və istifadə olunması, dövlət  idarəetmə  strukturlarında  çalışan  məmurların  azərbaycanlaşdırılması yönündəheç bir  ciddi  addım  atılmırdı. Aydındır ki,bu milli şüura,milli düşüncəyə  və  mili  mentalitetə  xas olan  kadrların yetişməsinə əngəl yaradırdı.  Məhz Heydər Əliyevin Azərbaycanda  siyasi hakimiyyətə  gəlişi  bu baxımdan   mövcud olan   vəziyyəti aradan  qaldırdı. Onun  təşəbbüsü və  təkidi ilə   Azərbaycanın  o dövrdə – 1978-ci ildə  qəbul olunan konstitusiyasında  Azərbaycan dili dövlət dili  statusu  aldı. Uzunmüddətli inkişaf   strategiyası  hazırlayan   və zəngin idarəçilik  təcrübəsinə  malik Heydər Əliyev  ittifaqın  güclü iqtisadi  potensialından   səmərəli istifadə  edərək  Azərbaycanı qısa müddət ərzində  tərəqqi   yoluna  çıxartdı.  Azərbaycanda geniş  tikinti-quruculuq işləri  aparıldı. Saysız-hesabsız sənaye müəssisələri salındı.Respublika ərazisində yüzlərlə zavod, fabrik, istehsal sahələri yardıldı.İnsanların yaşayış səviyyəsi ildən-ilə yüksəldi.
Bu böyük şəxsiyyət Azərbaycanın  həmin dövr və uzaq   gələcəyi,   daha  doğrusu  müstəqillik  dövrü  üçün  zəruri  vəzifələri  peşəkarlıqla,  ustalıqla  yerinə  yetirir  və  inkişaf etdirirdi.
1982-1987-ci illərdə Heydər Əliyev  SSRİ kimi  nəhəng  dövlətin  rəhbərlərindən  biri,  Siyasi büronun  üzvü, SSRİ Nazirlər  Soveti sədrinin  birinci müavini  vəzifələrinə  yüksəlir.Xalqımızın   sədaqətli  oğlu  Azərbaycan müstəqillik savaşına qalxdığı günlərdə  səsini  onun  haqq  səsinə  qataraq  azərbaycanlılara  və Azərbaycanda qanlı cinayət törədənlərə   qarşı  qətiyyətlə mübarizə  aparmışdır. 1990-cı ilin  20 Yanvar  qırığınından hiddətlənərək  bu  qanlı  hadisəni  törədən   imperiyanın   paytaxtından  on minlərlə həmvətənimizin ön  sırasında  duran  Heydər  Əliyev əzmkarlığı,   qanlı  Bakı  faciəsinin günahkarlarını  lənətləyən gur səsi xalqımızın  azadlıq  mücadiləsində  daha  möhkəm  birləşəməsinə güclü  təkan  verdi.1993-cü ilin may-iyununda  dövlət  böhranının,  hakimiyyətsizliyin,  başıpozuqluğun, xaosun kulminasiya nöqtəsinə  çatması  vəölkədə  vətəndaş müharibəsi  və  müstəqilliyin  itirilməsi  təhlükəsi  yarandıqda,  xalq  təkidlə Heydər  Əliyevin  hakimiyyətə gətirilməsi  tələbi  ilə ayağa  qalxdı.Hər  şeydən  əvvəl  əmin-amanlığın, qanunçuluğun  bərpa  olunması, müstəqilliyin  qorunub  saxlanması  istiqamətində uğurlu addımlar  atıldı.
Azərbaycan  dövlətçiliyinin  mövcudluğuna  böyük  təhlükə  olan  1994-cü il  oktyabr  və  1995-ci il mart  dövlət  çevrilişi  cəhdlərinin  qarşısı  alındı. Azərbaycan dövlətçiliyi  qorunub  saxlanıldı, ölkədə  davamlı  sabitlik  təmin olundu.Qeyri-adi şəxsiyyəti, siyasət və dövlət xadiminə xas olan böyük istedadı ilə fərqlənən, xarizmatik lider olan Heydər Əliyev hələ sağlığında canlı əfsanəyə çevrilmişdi.Bu görkəmli dövlət xadimi tarixi irsə əsaslanaraq milli dəyərlər zəminində müasir dövlətçilik sistemimizin siyasi dayaqlarını yaratmaqla XX əsrin sonunda yenidən əldə etdiyimiz müstəqilliyimizin əbədi və dönməz xarakter almasına nail olmuşdur. Məhz bu kimi misilsiz xidmətləri sayəsində Heydər Əliyev xalqının siyasi və dövlətçilik şüurunda ümummilli lider yüksəkliyini fəth etmişdir. O Azərbaycana rəhbərlik etdiyi istər birinci, istərsədə ikinci dövrdə yalnız və yalnız ölkəmizin inkişafı, qüdrətli və güclü bir dövlətin yaradılması, xalqımızın firavan yaşaması amalı ilə yaşadı və biliyi və rəhbərlik istedadı sahəsində olan bacarıqları əsasında bu istəklərini həyata keçirdi.Heydər Əliyev Azərbaycan   xalqına  təkcə  suveren  dövlət,  möhkəmləndirilmiş  müstəqillik,  tərəqqi,  azadlıq  yox,   bunlara    bərabər   həm  də   gələcəyə   inam  və  gələcək   inkişaf   üçün  hazır  proqramı
əmanət  qoyub   getdi. O, dövlətçilik idieologiyasını işləyib hazırladı,   onu   həyata  keçirdi,  dövlətin  özünü  qurdu.  Azərbaycanda  unitar  dövlətçilik ənənələri  yaratdı.  Azərbaycan  dövlətinin  bütövlüyünü   qoruyub  saxlamağın  vacibliyi  fikrini  gələcək nəsillərə təlqin etdi.Bu gün Azərbaycan  xalqı bu  siyasi  kursun  davam  etdirilməsinin  tarixi  zərurət olduğuna  qəti  şəkildə  əmindir və Azərbaycan  Respublikasının  Prezidenti  cənab İlham Əliyev  Ümummilli  lider Heydər  Əliyevin  başladığı, lakin  sona  çatdıra  bilmədiyi  işləri  çox  böyük  müdrikliklə, qətiyyətlə  həyata  keçirməkdədir.Cənab Prezident İlham Əliyev məhz  bu  həqiqətləri  qətiyyətlə  təsdiq  edərək  deyir:  “Xalqa,  millətə  xidmət   etmək, ölkəmizi  gücləndirmək, Azərbaycanın  müstəqilliyini  gücləndirmək  Heydər Əliyev siyasətinin  əsas  istiqamətləridir.  Biz  bu  siyasətə  sadiqik”.
Bu gün Azərbaycan Respublikasının Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan çağdaş tarixinin yeni şanlı səhifələri yazılır.Ulu Öndərin ölkəmizin inkişafı sahəsində başladığı nəhəng işlər, möhtəşəm layihələr Prezident İlham Əliyev tərəfindən uğurla və yaradıcılıqla davam etdirilir, müstəqil Azərbaycan özünün şərəfli dövrünü yaşayır desək, yanılmarıq. Heydər Əliyev cismən aramızda olmasa da, onun ölməz ideyalarından güc alan müstəqil Azərbaycan işıqlı gələcəyə doğru inamla addımlayır.
M.Quliyev bildirdi ki, Heydər Əliyev təkcə  bir  insan  həyatının  müdriklik  zirvəsində   deyildi, o,  bütöv  bir  xalqın  tarixinin  yüksək  zirvəsindədir.  Bu  zirvədən  təkcə  bir  ömrün   yaşandığı illər  deyil,  bir  xalqın  dünəni,  bu günü,  sabahı  görünür.  Bu  gün müstəqil  Azərbaycan  dövlətinin  hər  bir  atributu  Heydər Əliyevin adı ilə, onun  iradəsi, istedadı,  əzmi, vətən  sevgisi,  yorulmaz  fəaliyyəti ilə  bağlıdır.  Qədirbilən  xalqımız  özünün əbədiyaşar  Prezidenti,  ümummilli liderimiz Heydər Əliyevin əziz  xatirəsini  daim uca  tutacaq, böyük Heydər Əliyev yolu  ilə  gedərək,  bu  yolun  layiqli  davamçısı, Azərbaycan  Respublikasının  Prezidenti  cənab İlham Əliyevin   ətrafında   sıx   birləşərək,  bu
ideyaların   gerçəkləşdirilməsində  qüvvə   və   səylərini əsirgəməycəklər. Azərbaycan  yaşadıqca, dünya  durduqca,  Azərbaycan insanına örnək olan,  Azərbaycanı  var  edən,  adı  Azərbaycana  güc   və  şərəf   verən  Ulu öndərimiz  Heydər Əliyev  yaşayacaqdır!
Respublikamızın bütün vətəndaşları kimi biz Biləsuvarlılar da qəlbən inanırıq ki, Heydər Əliyev dühası işığında doğma Azərbaycanımız hələ neçə-neçə zirvələr fəth edəcəkdir.
Tədbirdə çıxış edənlər Ulu  Öndərin həyat və fəaliyyətindən bəhs etdilər, onunla bağlı xatirələrini bölüşdülər.
Biləsuvar rayon İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq  Müasir  Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsinin anım günü ilə bağlı rayonunun ayrı-ayrı idarə, müəssisə və təşkilatlarında, təhsil, səhiyyə, mədəniyyət müəssisələrində silsilə tədbirlər keçirilir.

****

Azərbaycan qadınının uğurlarının təməlində Ümummilli lider Heydər Əliyevin qadın siyasəti amili dayanır.

11 dekabr 2018-ci il tarixdə Heydər Əliyev Mərkəzində rayon İcra Hakimiyyəti və Balakən rayon YAP Qadınlar Şurasının təşkilatçılığı ilə ulu öndər Heydər Əlyevin anım günü ilə əlaqədar “Heydər Əliyev və Azərbaycanda qadın siyasəti” mövzusunda tədbir keçirilib. Tədbirdə həmçinin mənalı ömrünü xalqına, Vətəninə həsr etmiş, ulu öndər Heydər Əliyevin fəaliyyətinin birinci mərhələsində onun tapşırığı və etimadı ilə 14 il müxtəlif rayonlarda partiya komitəsinin birinci katib vəzifəsində çalışmış, fədakar əməyinə görə Prezident təqaüdünə layiq görülmüş Səfiyyə Dibirovanın anadan olmasının 85 illik yubileyi qeyd olunub.

Tədbirdə məruzə ilə çıxış edən Balakən rayon YAP Qadınlar Şurasının sədri Züleyxa Dibirova qadınların cəmiyyətdə yeri və rolu barədə danışıb, onların rayonun ictimai-siyasi və mədəni həyatında tutduqları mövqe və əldə etdikləri nailiyyətlərdən söhbət açıb.Ulu öndər Heydər Əliyevin qadınlara həmişə böyük diqqət və qayğı göstərdiyini bildirən Z.Dibirova məhz ulu öndərimiz tərəfindən 1998-ci ildə “Azərbaycanda qadınların rolunun artırılmasına dair tədbirlər haqqında” Sərəncam imzalandığını, Prezidentin Fərmanı ilə Qadın Problemləri üzrə Dövlət Komitəsinin yaradıldığını, 1998-ci ilin sentyabrında isə Azərbaycan qadınlarının I qurultayının keçirildiyini diqqətə çatdırıb.

Balakən RİHB-nın müavini Nəzakət Rüstəmova bildirib ki, tarixin sınaqlarından alnıaçıq, üzüağ çıxan Azərbaycan qadını bu gün ölkəmizdə demokratik cəmiyyətin fəal üzvü kimi çıxış edir. Milli dövlət quruculuğunun ən müxtəlif sahələrində böyük xidmətlər göstərən qadınlarımız, eyni zamanda, ictimai-siyasi proseslərin fəal iştirakçılarıdır. Azərbaycanda qadınlar həmişə özlərini sözün həqiqi mənasında cəmiyyətin bərabərhüquqlu üzvü kimi hiss ediblər. Bu, Heydər Əliyev siyasətinin tərkib hissəsidir. Balakəni ölkəmizə tanıdan ziyalı qadın Səfiyyə Dibirovanın ictimai-siyasi fəaliyyəti haqqında məlumat verən N.Rüstəmova onun öz zəhməti ilə ucalan, Vətənini və millətini hədsiz dərəcədə sevən, ədalətli, məsuliyyətli vəzifə sahibi əsl Azərbaycan qadını olduğunu vurğulayıb. Qeyd olunub ki, ümummilli lider Heydər Əliyev və Prezident İlham Əliyev Səfiyyə xanımın fəaliyyətini yüksək dəyərləndiriblər. Azərbaycan Prezidentinin müvafiq sərəncamı ilə o, müxtəlif ali dövlət mükafatlarına, orden və medallara layiq görülüb.

Azərbaycanda qadınların hüquqlarının qorunması, onların ictimai fəallığının təşkili məsələsi Heydər Əliyevin hər zaman diqqət mərkəzində olduğunu qeyd edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Zaqatal Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Gövhər İbrahimova Azərbaycan qadınının uğurlarının təməlində Ümummilli lider Heydər Əliyevin qadın siyasəti amili dayandığı bildirib. Qeyd olunub ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın timsalında Azərbaycan qadınının dünyadakı nüfuzu ölkədə gender siyasəti sahəsində aparılan məqsədyönlü fəaliyyətin nəticəsidir.

Daha sonra tədbirdə çıxış edənlər-Balakən rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışmış Tamara Əliyeva, rayonda yüksək vəzifələrdə işləmiş Ruqiyyə Məmmədova, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şairə Solmaz Elqızı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rayon şöbəsinin müdiri Hüseyn Razıyev, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Zümrüd Dibirova və rayon humanitar və texniki təmayüllü liseyin müəllimi Əsiyyət Paçalova ulu öndər Heydər Əliyevin qadınların dövlət sturukturlarında, parlamentdə və digər ictimai-siyasi təşkilatlarda geniş təmsil olunmasına xüsusi diqqət yetirdiyini bildirib və Səfiyyə Dibirova haqqında xatirələrini bölüşüblər.                                                        

****

Kürdəmirdə Ulu Öndər Heydər Əliyevin Anım Günü münasibətilə tədbir keçirilib

Ümummilli  Lider  Heydər Əliyevin Anım Günü münasibətilə dekabrın 10-da Yeni Azərbaycan Partiyası  Kürdəmir rayon təşkilatının  Qadınlar Şurasının  tədbiri keçirilib.
YAP Kürdəmir  rayon təşkilatının  qərargahında  keçirilən tədbirdə  YAP rayon təşkilatının sədri Ağali Kərimli, YAP rayon təşkilatının Qadınlar Şurasının  üzvləri, fəal qadınlar iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə rayon təşkilatının qərargahında Ümummilli Lider Heydər Əliyevin büstünün önünə gül dəstələri düzərək Ulu Öndərin xatirəsini ehtiramla yad ediblər.
Sonra  dəyirmi  masa   YAP rayon təşkilatının  akt  zalında öz işinə başladı.  Tədbir  iştirakçıları əvvəlcə  dahi şəxsiyyət, Ulu Öndərimiz Heydər Əliyevin nurlu və əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbiri  giriş sözü ilə YAP rayon təşkilatı  Qadınlar Şurasının sədri  Sevda Hacıyeva açıb. O, bildirib ki, dekabrın 12-də müstəqil Azərbaycan Respublikasının banisi, Ümummilli Liderimiz Heydər Əliyevin vəfatından 15  il ötür.Tarixi şəxsiyyət olan Ulu Öndərimiz bütün həyatını dövlətçiliyimiz, xalqımızın bu günü və gələcəyi naminə həsr edərək güclü, sarsılmaz, qüdrətli bir dövləti – Azərbaycanı bizə ərmağan etdi. Heydər Əliyevin ölməz, əbədi xatirəsini xalqımız hər an yad edir və xatırlayır.
Sevda Hacıyeva  qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişi Azərbaycan qadınlarının həyatında inqilabi  bir dövr idi. 1969-cu ildən sonra Azərbaycan qadınları  yeni bir tarixi dövrə qədəm qoydular. İctimai həyatın bütün sahələrində Ulu Öndərin göstərişi ilə qadınların savadlanması, icimai həyatda fəallığı, xüsusilə işləyən qadınların iş şəraitinin yaxşılaşdırılması, onların əməyinə yüksək qiymət verilməsi, qızların oğlanlarla bərabər təhsil alması Azərbaycan qadınının bugünkü inkişafının təməlini qoydu.
Ulu Öndərin 1993-cü ildə xalqın təkidli tələbi və tarixi zərurətdən doğan qayıdışı ilə yenə də Azərbaycan qadınlarını  müharibənin törətdiyi dəhşətlərdən, aclıq və səfalətdən xilas etdi.Ulu Öndər xilaskar missiyası ilə Azərbaycan qadınlarının milli-mənəvi və əxlaqi dəyərlərini, analıq şərəfini özünə qaytardı və Azərbaycan qadınına bu qloballaşan dünyamızda özünü təsdiq etmək və imkanlarını inkişaf etdirmək reallığı verdi.
Tədbirdə rayon  YAP  rayon təşkilatının idarə heyəti üzvü, şəhər 6 saylı tam orta məktəbin  direktoru,Əməkdar müəllim  Elmira Şıxəliyeva,   Heydər Əliyev Mərkəzinin direktoru, rayon təşkilatının idarə heyəti  üzvü  Dürriyə Seyidova , rayon təşkilatının  Qadınlar Şurasının idarə heyəti üzvü, Uşaq – İncəsənət məktəbinin direktoru Qəndaf Zülfüqarova   çıxış ediblər. Çıxışlarda  Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası, müstəqil Azərbaycan quruculuğu yolundakı şərəfli mübarizəsi, bütün dünya tərəfindən qəbul edilən böyük siyasətçi və liderlik titulları barədə geniş fikirlər söyləyiblər. Natiqlər  Ulu Öndər Heydər Əliyevin hakimiyyətdə olduğu dövrlərdə Azərbaycan qadınlarının ictimai fəallığının artdığını, elmdə, təhsildə, səhiyyədə, mədəniyyətdə , iqtisadiyyatda, kənd təsərrüfatında  qadınların  böyük uğurlara imza atdıqlarını qeyd etdilər. Onu da qeyd etdilər ki, bütün bu uğurların, icimai fəallığın arxasında Heydər Əliyev qayğısı, Azərbaycan dövlətinə məhəbbət və Azərbaycan qadınına hörmət və qayğıkeşlik dayanırdı.
Sonda YAP Kürdəmir rayon təşkilatının sədri Ağali Kərimli   çıxış edərək  bildirir  ki, bütün varlığı ilə Azərbaycana və azərbaycançılığa xidmət edən dahi rəhbərimiz əbədiyyətə qovuşmağı ilə də xalqımızı birləşdirdi. Öz ideyaları ətrafında xalqımızı birləşdirən Ümumilli Lider  Heydər Əliyevin müqəddəs ruhu bu gün bizi bütövləşdirir və mətinləşdirir. Bu gün Ümummilli Lider Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan  inkişaf  edərək yeni-yeni uğurlara imza atır.

****
“Ümummilli lider Heydər Əliyev-tarixi şəxsiyyət, əbədiyaşar lider” ELMİ-NƏZƏRİ KONFRANS KEÇİRİLMİŞDİR

Ümummilli lider Heydər Əliyevin vəfatı ilə əlaqədar olaraq Mingəçevir şəhər İcra Hakimiyyəti və YAP şəhər təşkilatı ilə birgə dekabrın 11-də Heydər Əliyev Mərkəzində elmi-nəzəri konfrans keçirilmişdir. Konfransı giriş sözü ilə şəhər İcra Hakimiyyəti başçısı səlahiyyətlərini icra edən, birinci müavin İlham İsmayılov açaraq Heydər Əliyevin həyat və fəaliyyəti ilə bağlı qısa məlumat verdikdən sonra ümummilli liderin həyatına həsr edilmiş film nümayiş olundu. İ.İsmayılov sözünə davam edərək ümummilli liderə həsr olunmuş konfransın əhəmiyyətindən danışdı. Ulu öndərin xatirəsinin bir dəqiqəlik sükutla yad olunmasını təklif etdi.
Konfransda YAP Mingəçevir şəhər təşkilatının sədri Cavanşir Yusubov, Mingəçevir Turizm Kollecinin şöbə müdiri Gülnarə Şükürova, “Azərbaycan İES” MMC-nin direktoru Təhmasib Hüseynov, Mingəçevir Tibb kollecinin şöbə müdiri Azər Quliyev ümummilli liderə həsr olunmuş müxtəlif mövzularda çıxışlar etdilər.
Şəhər İcra Hakimiyyəti başçısı səlahiyyətlərini icra edən, birinci müavin İlham İsmayılov konfransın işinə yekun vurdu.

 

 

 

****

Masallıda “Ümummilli Lider Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin gənclərin vətənpərvərlik tərbiyəsində rolu” mövzusunda konfrans

10 dekabr 2018-ci il tarixdə Masallı rayon Gənclər və İdman İdarəsinin və Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə Gənclərdə dövlət rəmzlərinə hörmət hissinin gücləndirilməsi məqsədi ilə “Ümummilli Lider Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin gənclərin vətənpərvərlik tərbiyəsində rolu” mövzusunda konfrans keçirilib

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi bir dəiqəlik sükutla yad edildi
Tədbiri giriş sözü ilə açan Masallı Rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov bildirdi ki, dahi şəxsiyyət ölkəmizə rəhbərliyinin bütün dövrlərində gənc nəslin əsl himayədarı olub, sosial-iqtisadi, elmi-mədəni, təhsil və digər sahələrdə gənclərin fəal iştirakının təmin olunmasını diqqət mərkəzində saxlayıb. Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı ilə ulu öndərin dövlət gənclər siyasəti uğurla davam etdirilir. Ölkəmizdə gənclərin hərtərəfli inkişafı üçün ardıcıl tədbirlər görülür, elm və təhsil ocaqları, gənclər mərkəzləri, idman kompleksləri tikilib istifadəyə verilir. Bunun nəticəsidir ki, Azərbaycan gəncliyi ictimai həyatın bütün istiqamətlərində fəal iştirak edir, beynəlxalq miqyaslı tədbirlərdə ölkəmizi layiqincə təmsil edir.
Tədbirdə Masallı rayon Gəmnclər və İdman İdarəsinin baş məsləhətçisi Emin Nüsrətov çıxış edərək bildirdi ki, Bütün zamanların ən böyük Azərbaycanlısı, görkəmli dövlət xadimi ulu öndər Heydər Əliyevin möhtəşəm fəaliyyəti Vətənə, xalqa xidmətin misilsiz nümunəsi olduğu kimi, onun mükəmməl konsepsiyaları, müdrik ideyaları da son dərəcə qiymətlidir. Bu baxımdan ulu öndərin vətənpərvərlik təlimi çox mühüm dəyərə malikdir.
Tədbirdə Masallı şəhər Digah 4 nömrəli tam orta məktəbin müəlliməsi Rəqsanə Məmmədova , fəal gənclərdən Zəhra Cəfərova və başqaları çıxış edərək bildirdilər ki, ulu öndərimiz Heydər Əliyevin cəmiyyətimizə təqdim etdiyi Azərbaycançılıq məfkurəsi milli, dini mənsubiyyətindən asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşını əhatə edir. Məfkurəmiz humanizm, sülhsevərlik kimi ümumbəşəri dəyərləri, multikulturalizmi, demokratik dəyərlərə sədaqət hissini formalaşdıran prinsipləri özündə ehtiva edir. Bu gün biz qürur hissi keçiririk ki, dünyada müstəqil Azərbaycan dövləti, qədim və zəngin tarixi olan Azərbaycan xalqı var.

****

HEYDƏR ƏLİYEV MƏRKƏZİNDƏ ULU ÖNDƏRİN ANIM GÜNÜ İLƏ ƏLAQƏDAR TƏDBİR KEÇİRİLMİŞDİR

11 dekabr 2018-ci il tarixində Lənkəran şəhər Heydər Əliyev Mərkəzində  Azərbaycan xalqının Ümummilli Lideri, görkəmli dövlət və ictimai xadim  Heydər  Əliyevin anım günü ilə əlaqədar tədbir keçirilmişdir. Tədbir öncəsi Azərbaycan Respublikasının Dövlət himni səsləndirilmiş, dahi rəhbərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Məktəbli gənclərin iştirak etdiyi tədbiri giriş sözü ilə açan Lənkəran şəhər Heydər Əliyev Mərkəzinin direktoru Reyhanə Sadıxova Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətlərindən, çoxşaxəli və zəngin ictimai-siyasi fəaliyyətindən söz açmışdır. O, qeyd etmişdir ki, Heydər Əliyev fenomeni elə əbədi bir dühadır ki, bu düha sönməz bir işiq kimi daim xalqımızın tərəqqi, sabitlik, sülh və əmin-amanlıq yollarına nur saçmış və hər bir Azərbaycan vətəndaşının qəlbində özünə əbədiyaşar abidə ucaltmışdır.
Daha sonra  Lənkəran Şəhər Təhsil Şöbəsinin müdir müavini Güloğlan Bağırov və Darquba kənd tam orta məktəbinin tarix müəllimi Xanlar Səfərov da öz çıxışlarında Ümummili Liderin çətin və şərəfli yolu haqqında bir daha dolğun məlumat vermiş və bu dahi insanın Azərbaycan xalqının yaddaşında xalq məhəbbətini qazanan Öndər kimi qaldığını söyləmişlər.
Tədbirin sonunda Ulu Öndər Heydər Əliyevin mənalı həyat yolunu və zəngin siyasi irsini özündə əks etdirən eksponatlarların  və filmin nümayişi olmuşdur.

****

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Ümummilli Liderin xatirəsi yad edilmişdir.

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbirlər davam edir. Dekabrın 11-də təşkil olunan tədbirdə Dövlət Himni səsləndikdən sonra təhsil mərkəzinin direktoru Azad Məmmədov Ulu Öndər haqqında geniş məlumat vermişdir. Sonra müəllimlərdən Hicran Qaçayeva, Bəxtiyar Qasımov, direktor müavini Camal Rəsulov çıxış edərək Heydər Əliyevin Azərbaycan dövləti qarşısındakı xidmətləri barədə tədbir iştirakçılarına geniş məlumat vermişlər.Tədbirin sonunda HeydərƏliyevin fəaliyyətinə həsr olunmuş film nümayiş etdirilmişdir.

****

Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar “Açıq qapı” günləri başa çatıb

Xəbər verdiyimiz kimi Qazax rayon Heydər Əliyev Mərkəzində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anım günü ilə əlaqədar dekabrın 3-dən etibarən “Açıq qapı” günləri elan olunmuşdu.
“Açıq qapı” günlərinin təşkil edilməsində əsas məqsəd ulu öndərin siyasi irsini təbliğ etmək, Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda apardığı mübarizələri bir daha xatırlayaraq onu böyük hörmət və ehtiramla yad etməkdir.
Bu məqsədlə 3-12 dekabr tarixlərində rayonun bütün idarə, müəssisə və təşkilatlarının kollektivləri, təhsil, mədəniyyət, səhiyyə sahəsində çalışan işçilər, rayon məktəbliləri, ictimaiyyət nümayəndələri ulu öndərin adını daşıyan parka gələrək abidəsi önünə tər çiçək dəstələri düzüb, dahi şəxsiyyətin əziz xatirəsini böyük ehtiramla yad ediblər.
Sonra muzeyin qarşısında Azərbaycan dövlətinin qurucusu və memarı olan dahi şəxsiyyətin həyatını və siyasi fəaliyyətini özündə əks etdirən kitab və jurnallardan ibarət “Qurtuluş mübarizəsinin qalibi-Heydər Əliyev” başlıqlı sərgi ilə tanış olublar. Dahi rəhbərə həsr olunmuş mühazirələr dinləyib, filmlərə baxıblar.
Dinlənilən mühazirələrdə bildirilib ki, Azərbaycanın bugünkü inkişaf yolunun əsas istiqamətlərindən danışarkən birmənalı şəkildə qeyd etmək lazımdır ki, bu inkişaf ilk növbədə xalqımızın ümummilli lideri Heydər Əliyevin müəyyən etdiyi siyasi xəttin ardıcıl davam etdirilməsinin nəticəsidir. Heydər Əliyev bütün həyatı boyu Vətəninin, xalqının gələcəyini düşünmüş, Azərbaycanın müstəqilliyinin əbədiliyinə bütün varlığı ilə inanaraq bu dövlətin ideya əsaslarını, strateji inkişaf istiqamətlərini konkret olaraq müəyyənləşdirmişdir. Bu gün həmin ideyaların ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi bir daha onu sübut edir ki, Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir.
“Açıq qapı” günlərinin bugünkü iştirakçıları isə rayon Gigiyena və Epidemiologiya Mərkəzinin, Qazax Müalicə Diaqnostika Mərkəzinin, rayon bələdiyyəsinin, “Azərsığorta” Dövlət şirkəti Qazax filialının, rayon həmkarlar ittifaqlarının kollektivləri, Ş.Cəbiyev adına Daş Salahlı kənd 2 saylı və E.Cəfərov adına Çaylı kənd 2 saylı tam orta məktəblərin müəllim və şagirdləri olublar. Ümumilikdə 260 nəfər adam ulu öndərə olan ehtiramını bildirib.
Bu gün “Açıq qapı” günlərinin sona yetməsinə baxmayaraq ulu öndərin abidəsinə ziyarət davam edib. “Açıq qapı” günləri başlayan ilk andan bu günə kimi dörd minə yaxın insan ulu öndərin abidəsini ziyarət edərək əziz xatirəsini yad edib.

****

“Zirvədən baxan öndər” mövzusunda tədbir keçirildi

Heydər Əliyev Mərkəzində ulu öndər Heydər Əliyevin vəfatının 15-ci ildönümü ilə əlaqədar silsilə tədbirlər sırasında “Zirvədən baxan öndər” mövzusunda tədbir keçirildi.
Tədbir iştirakçıları öncə Ümummilli lider Heydər Əliyevin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.
Tədbirdə İH başçısı müavini-ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Təranə Bayramova, Heydər Əliyev Mərkəzinin direktoru Humay Aslanova, Ağstafa regional mədəniyyət mərkəzinin Tovuz rayonu üzrə nümayəndəsi Adil Həsənov, Heydər Əliyev Mərkəzinin elmi işçisi Nərgiz Sabirli çıxış etmişlər. Qeyd olunmuşdur  ki,  Ulu öndər siyasi fəaliyyətinin bütün mərhələlərində Vətəninə və xalqına sonsuz məhəbbət və sədaqət hissi, qurub yaratmaq amalı ilə yaşamış, hər zaman milli ideallara bağlı olmuşdur.
Heydər Əliyev hər zaman Azərbaycan xalqına bağlı olub və onun ömür yolu elə Azərbaycan tarixinin bir hissəsidir. Heydər Əliyev ən mürəkkəb, ziddiyyətli tarixi proseslərin gərdişindən bacarıqla baş çıxaran, ən çətin vəziyyətdə də təmkinini itirməyən və dünyadakı geosiyasi dəyişiklikləri realistcəsinə qiymətləndirib mənsub olduğu xalqın, ölkəsinin çıxarlarını praqmatik ağılla və dəqiq hesablayan bir lider idi.
Azərbaycanın bugününə nəzər salsaq, qeyd-şərtsiz iddia edə bilərik ki, Heydər Əliyev müstəqil Azərbaycanın gələcəyini 20-30 il öncədən görən lider olub. Heydər Əliyevin rəhbərlik etdiyi sovet Azərbaycanında əldə edilən iqtisadi nailiyyətlər, təməli atılan nəhəng layihələr, bu layihələrin bugünkü müstəqil Azərbaycan üçün strateji önəmi barədə çox danışmaq olar.
Ən önəmlisi isə odur ki, Heydər Əliyev siyasəti bugünlə, indi ilə yekunlaşan, bitən deyil. Bu siyasəti həmin uğurla gələcəkdə də davam etdirə biləcək gənc lider, sınanmış dövlət komandası və aydın strategiya var.
Siyasətdə müdriklik, həyatda praqmatizm məktəbi, dövlət idarəçiliyində ustalıq – bu böyük siyasətin ana xəttini təşkil edir. Azərbaycan siyasətçiləri içərisində heç kimə bu qədər siyasət Olimpinin zirvəsində qalmaq və Vətəninə, xalqına xidmət etmək və heç kəsə ürəklərdə sağlığında özünə heykəl ucaltmaq da nəsib olmayıb.
Heydər Əliyev özü şəxsiyyət kimi tarixi hadisədir. Tarix şəxsiyyəti yaradır, bu cür şəxsiyyətlər isə tarixi. O həmişə lider olub. O, imperiya dövründə də lider idi, istiqlalımız dövründə də liderdir.
Heydər Əliyev hər zaman zirvədə olacaq. Onu bu zirvəyə xalq, onun etimadı və inamı yüksəldib. Onun fəth etdiyi ən böyük zirvə xalqın qəlbidir. Həmin zirvədən Azərbaycanın dünəni və bugünü ilə yanaşı, gələcəyi, rifahlı sabahı da aydın görünür.
Sonda Ulu Öndərin həyat və yaradıcılığını əks etdirən video rolik nümayiş olundu.

****

Ümummilli lider Heydər Əliyevin anım günü münasibətilə tədbir keçirilib

Ucar rayon İcra Hakimiyyətinin və YAP Ucar rayon təşkilatının birgə təşkilatçılığı ilə Ucar rayon Heydər Əliyev Mərkəzinin iclas zalında ümummilli lider Heydər Əliyevin anım günü münasibətilə şəhər 5 saylı tam orta məktəbin hazırladığı “Xatirələr qanadında” adlı tematik tədbir keçirilmişdir.

Tədbir iştirakçıları əvvəlcə 1 (bir) dəqiqəlik sükutla Ümummilli lider Heydər Əliyevin əziz xatirəsini yad etdilər.

Rayon İcra Hakimiyyəti Başçısı Mənsur Məmmədov tədbiri açaraq qeyd etdi ki, hər bir xalqın milli azadlıq və istiqlaliyyət tarixində xilaskar rolunu oynayan dahi insanlar var. Həmin dahilər öz qətiyyətləri ilə mənsub olduqları xalqı arxasınca aparıb, ən taleyüklü məqamlarda qalib rolu oynamışlar. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi düşmüşdür. Azərbaycanın 1960-cı illərin sonundan başlanan və XXI əsrə adlayan tarixinin otuz beş illik bir dövrü ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır.

O, bütün bu illərdə Azərbaycanın məsuliyyətini öz çiyinlərində daşımış, onu bir dövlət və xalqımızı bir millət kimi tarixin ağır və sərt sınaqlarından çıxarmış, müasir Azərbaycan adlandırdığımız müstəqil məmləkəti, onun bugünkü həqiqətlərini, işıqlı sabahının etibarlı bünövrəsini yaratmışdır. Bu illər ərzində Azərbaycan xalqının ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəliş onun adı ilə bağlıdır.
Azərbaycanda dövlətçilik ənənələrinin XX əsrin sonlarında bərpa edilib zənginləşdirilməsi, Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, onun əbədi, dönməz xarakter alması, ölkəmizin dinamik iqtisadi inkişaf yolu ilə inamla irəliləməsi, onun beynəlxalq nüfuzunun sürətlə artması Heydər Əliyevin səmərəli fəaliyyəti sayəsində mümkün olmuşdur.

1993-cü ilin iyununda Azərbaycan dövləti ölüm və qalım dilenması qarşısında qalarkən yeganə nicat yolunu Heydər Əliyevin qayıdışında görən Azərbaycan xalqı onu təkidlə hakimiyyətə çağırırdı. Xalqımız inanırdı ki, Azərbaycanı düşdüyü bu ağır vəziyyətdən, sosial-iqtisadi, hərbi-siyasi böhrandan yalnız Heydər Əliyev xilas edə bilər. Burada məşhur fransız mütəfəkkiri Volterin “dövlətin xilası üçün bir dahi insan kifayətdir” kəlamı yada düşür. Heydər Əliyev də Tanrının Azərbaycan xalqının taleyinə bəxş etdiyi bir qismət, zamanında millətinin xilaskarı olmaq üçün göndərilən bir dahi insan idi.

Heydər Əliyevin Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan öndər kimi əbədilik qazanması, heç də təsadüfi deyil.

Müstəsna xidmətləri ilə əbədilik qazanan ümummilli lider Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi tükənməz ibrət məktəbidir. Ötən illərə nəzər salarkən Azərbaycan xalqının öz müdrik liderinin rəhbərliyi ilə qazanmış olduğu mühüm tarixi nailiyyətlərin bir daha şahidi oluruq. İntibah və milli şüurun oyanışı Heydər Əliyevin hakimiyyətə gəlişi ilə başlamış, müstəqilliyimiz məhz onun sayəsində əbədi və dönməz xarakter almışdır. Ölkəmiz dünyada layiq olduğu mərtəbəyə Ulu Öndərin uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, dəmir iradəsi, zəngin dövlətçilik təcrübəsi sayəsində yüksələ bilmişdir.

****

AZƏRBAYCANIN ÖZÜ QƏDƏR ƏBƏDİ

Tarixdə iz qoymuş dahi şəxsiyyətlərimizin istər dövlətçilik ənənələrimizin yaradılması və inkişafı, istərsə də Azərbaycanın hərtərəfli intibahı ilə bağlı misilsiz xidmətləri fəxr və qürur yerimizdir. Amma dahilərin içərisində ümummilli liderlik zirvəsinə çatan yalnız Heydər Əliyevdir. XX əsr Azərbaycan tarixinin ən parlaq siması, qüdrətli şəxsiyyəti olan Heydər Əliyevin siyasi obrazı dövlətçilik şüurunun, tarixin sınağından şərəflə çıxmış bütöv bir idarəçilik məktəbinin, müasir ictimai-siyasi fikrin ən davamlı keyfiyyətlərinin canlı mənzərəsidir. Tariximizin milli liderlər salnaməsində ən öndə olanı ulu öndər Heydər  Əliyev  xalqımızın müstəqillik arzusunu konkret dövlət modelində gerçəkliyə çevirərək milyonların qəlbində əzəmətli abidə ucaltmışdır. Ümummilli Lider Heydər Əliyev həm də müstəqil Azərbaycanın inkişaf strategiyasının müəllifi kimi böyük ehtiramla anılır.Heydər Əliyev Azərbaycan xalqının və dövlətinin milli mənafeyini hər şeydən uca tutan, onun bugünü və sabahı ilə yaşayan bir rəhbər idi.Hər bir Azərbaycan vətəndaşının həyatında Heydər Əliyevin xüsusi yeri var. Azərbaycanlılığı ilə fəxr edən, doğma torpağını bütün dünyaya tanıdan Heydər Əliyev müstəqilliyimizin qoruyucusu, dövlətimizin banisi və qurucusudur.Ümummili Liderin inkişaf strategiyasının tarixi 49 il öncədən başlayır. 1969-cu il iyunun 14-ü həyatımızın olduqca mühüm tarixi hadisəsi kimi yaddaşımızda əbədi qalıb. Bu tarix dövlətçilik tariximizdə dinamik, hərtərəfli inkişaf və intibah mərhələsinin başlanğıcını qoyub.

Heydər Əliyevin 1993-cü ildə xalqın istəyi ilə siyasi hakimiyyətə tarixi qayıdışı ilə Azərbaycan bir dövlət kimi məhvolmadan, dünya xəritəsindən silinməyin real təhlükəsindən xilas oldu. Müstəqilliyimiz əbədiliyə və dönməzliyə çevrildi. Qanunsuz silahlı dəstələr ləğv edildi, cəbhə bölgəsində uzunmüddətli atəşkəsə nail olundu, ölkədə möhkəm sabitlik yaradıldı. Başlıcası, Azərbaycan ətrafında yaradılmış informasiya blokadası dağıdıldı və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə əsl həqiqətlər dünya ictimaiyyətinə çatdırıldı, sərbəst bazar iqtisadiyyatı prinsipləri bərqərar olundu, xalqın rifahını və həyat şəraitini yaxşılaşdırmaq yolunda ardıcıl tədbirlər görülməsinə başlandı.

Bütün təxribatlara baxmayaraq, 20 sentyabr 1994-cü ildə dünyanın aparıcı dövlətlərinin iri neft şirkətlərinin iştirak etdiyi “Əsrin müqaviləsi” neft kontraktı imzalandı.
Bütün bu uğurlar Heydər Əliyev uzaqgörənliyinin, Heydər Əliyev siyasətinin nəticəsində əldə edildi. Buna görə də Azərbaycan cəmiyyəti Heydər Əliyevin zəngin dövlətçilik irsini ölkənin milli təhlükəsizliyinin, iqtisadi maraqlarının və siyasi sistemin sabitliyinin təmin edilməsinə yönələn təkmil siyasi konsepsiya kimi qəbul edir. Bu siyasəti yeni dövrün tələblərinə uyğun təkmilləşdirən dövlət başçısı İlham Əliyev əsl vətənpərvər və qurucu lider əzmi ilə xalq qarşısında verdiyi vədlərin böyük əksəriyyətini əməli işi ilə doğruldaraq hər bir vətəndaşın layiqli Prezidenti olduğunu sübuta yetirib.
Bu gün xalqımızın ən böyük xoşbəxtliyi Heydər Əliyevin müəyyən etdiyi yolun uğurla davam etdirilməsidir. Ümummilli lider Heydər Əliyevdən cismən ayrıldığımız ötən 15 ildə dövlət quruculuğu, iqtisadi və siyasi sahədə qazanılan uğurlar da göstərir ki, onun ideyaları həmişəyaşar və məğlubedilməzdir.

****

Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar İƏD üzrə nümayəndəliklərdə tədbirlər keçirilib

Rayonun bütün inzibati ərazi dairələri üzrə nümayəndəliklərində ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar müxtəlif formalı və zəngin məzmunlu tədbirlər həyata keçirilib. Hər bir tədbirdə öncə ümummilli liderin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, həyat və fəaliyyətini əks etdirən filmlərə baxılıb. Ulu öndərin Azərbaycana rəhbərlik etdiyi dövr, yaradıcı, qurucu və xilaskar xarakterindən bəhs edən məruzə və çıxışlar dinlənilib.

****

Şuşa rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Şuşa Humanitar Kollecində ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirildi

2018-ci il dekabr ayının 11-də Şuşa rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Şuşa Humanitar Kollecində ümummilli lider Heydər Əliyevin vəfatının 15-ci ildönümü ilə əlaqədar tədbir keçirilib.

Tədbirdə Şuşa rayon İcra Hakimiyyətinin başçısı, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İdarə Heyətinin sədri-icmanın rəhbəri Bayram Səfərov, Aparatın məsul əməkdaşları, idarə, müəssisə rəhbərləri, Kollecin müəllim və tələbə kollektivi iştirak edirdi.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başladı.

Şuşa rayon İcra Hakimiyyətinin başçısı, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İdarə Heyətinin sədri-icmanın rəhbəri Bayram Səfərov müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin uzaqgörən daxili və xarici siyasəti nəticəsində ölkəmizin dünyanın lider dövlətlərindən, regionun iqtisadi və siyasi mərkəzlərindən birinə çevrilməsindən, bu siyasətin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən danışmışdır. B.Səfərov ulu öndər Heydər Əliyevin xalqımız qarşısındakı xidmətlərindən, ölkəmizə rəhbərlik etdiyi illərdə tariximizə, milli dəyərlərimizə, mədəniyyətimizə, elmimizə xüsusi diqqət və qayğı göstərdiyini vurğulayıb.

Şuşa Humanitar Kollecinin tərbiyə işləri üzrə direktor müavini Könül Hüseynova çıxışında ümummilli lider Heydər Əliyevin müstəqil dövlətimizin yaranmasında və dünyada tanınmasında misilsiz rolundan danışıb.

Şuşa Humanitar Kollecinin direktoru Rasim Mehdiyev öz çıxışında ümummilli liderin xüsusilə elm və təhsilin inkişafına həmişə böyük diqqət və qayğı göstərdiyi, azərbaycanlı gənclərin respublikadan kənarda təhsil alması üçün geniş imkanlar yaratdığını qeyd edib.

Sonra ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti haqqında film nümayiş etdirildi. Kollecin tələbələri ulu öndərə olan böyük məhəbbətlərini urək sözləri ilə ifadə etdilər.

****

Ümummilli lider Heydər Əliyevin xatirə gününə həsr olunmuş müxtəlif mövzularda elmi-nəzəri konfranslar, yığıncaqlar və tədbirlər keçirildi.

11 dekabr 2018-ci il tarixdə saat 09:00-dan başlayaraq şəhərin ümumtəhsil məktəblərində Ümummilli lider Heydər Əliyevin xatirə gününə həsr olunmuş müxtəlif mövzularda elmi-nəzəri konfranslar, yığıncaqlar və tədbirlər keçirildi.
Tədbir iştirakçıları tədbirdən sonra Heydər Əliyevin abidəsini və Heydər Əliyev Mərkəzini ziyarət etdilər.

****
Ulu öndər Heydər Əliyevin xatirəsi Serbiyada da yad edilib

Dekabrın 12-də Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının 15-ci ildönümü ilə əlaqədar Serbiyanın paytaxtı Belqrad şəhərində anım mərasimi keçirilib.

Mərasimdə Azərbaycanın Serbiyadakı səfirliyinin əməkdaşları ilə yanaşı, Serbiya ictimaiyyətinin və müsəlman icmasının nümayəndələri, Belqradda fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin, Belqrad Universitetində fəaliyyət göstərən Azərbaycan dili və mədəniyyəti mərkəzinin, Serbiya-Azərbaycan Ticarət Palatasının və Serbiya-Azərbaycan Dostluq Cəmiyyətinin üzvləri, parlamentdə Serbiya-Azərbaycan Dostluq Qrupunun üzvləri, “AzVirt” şirkətinin rəhbərliyi, eləcə də burada çalışan azərbaycanlılar iştirak ediblər.

Əvvəlcə iştirakçılar “Taşmaydan” parkına gələrək, görkəmli dövlət xadimi Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyub, Ulu Öndərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Anım mərasimində iştirak edən Belqradın “Bayraklı Cami”sinin imamı Ümummilli Liderin ruhuna dualar oxuyub.

Sonra tədbir iştirakçıları həmin parkda ucaldılmış görkəmli serb yazıçısı Milorad Paviçin heykəlini və 1999-cu ildə Belqrad şəhərinin bombalanması zamanı parkda həlak olmuş uşaqların xatirəsinə ucaldılmış “Biz sadəcə uşaqlar idik” abidəsini ziyarət edib, hər iki abidənin önünə güllər düzüblər.

Tədbir Azərbaycanın Serbiyadakı səfirliyində davam etdirilib.

Mərasimdə çıxış edən səfir Eldar Həsənov ümummilli lider, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin həyat və fəaliyyəti, Azərbaycanın dövlət müstəqilliyinin möhkəmlənməsində, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğunda, müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının və beynəlxalq əhəmiyyət kəsb edən neft strategiyasının qəbul olunmasında, ölkəmizdə sabitliyin bərqərar edilməsində, xalqımızın qədim tarixinin və zəngin mədəni irsinin beynəlxalq aləmdə tanıdılmasında, eləcə də Azərbaycan elminin inkişafında göstərdiyi əvəzsiz xidmətlərindən danışıb. Səfir ölkəmizdə milli birlik və azərbaycançılıq ideyasına söykənən davamlı inkişaf modelinin əsasının məhz Ulu Öndər tərəfindən qoyulduğunu diqqətə çatdırıb, bu siyasi kursun bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.

Anım mərasimləri, həmçinin Azərbaycanın Monteneqrodakı və Bosniya və Herseqovinadakı diplomatik nümayəndəlikləri tərəfindən keçirilib.

 

Orxan

Comments are closed.