Ümumxalq hüzn günündə AXCP gənclərinin keyfi-Foto

Yaxud, 1990-cı ilin 19-dan 20-nə keçən yanvar gecəsində xalqı küçələrə çağırıb gülləborana, tanklar altına saldıran zehniyyət, 2019-cu ilin 19 yanvar tarixində keçirilən mitinqdə, insanları növbəti mitinqlərə və qiyamlara səsləyən zehniyyətlə eynilik təşkil edir

Heç vaxt, azrəbaycançılıq, milli dövlətçilik və milli dəyərlər prinsipindən çıxış etmədiyi dəfələrlə sübuta yetirilən AXCP rəhbərliyi bu dəfə də eyni mövqeyini sərgilədi. Özü də Azərbaycan xalqının hüzn günü – 20 Yanvar hadisələrinin 29-cu ildönümündə..!

Hətta xalqımız üçün həssas olan bir günü belə, şəxsi və siyasi maraqlarına sərf edən Əli Kərimlinin “gəncləri” görünür, onun verdiyi “təxribat yaradın” əmrini canla-başla yerinə yetiriblər və…

…Və istədiklərinə nail olublar – 20 Yanvar günündə qəsdən haray-şivən salaraq, nəticədə polis bölməsinə aparılıblar. Təbii ki, bütün bunlar əvvəlcədən hazırlanmış bir plandır və burada əsas məqsəd məhz təxribat törətmək, hüquq-mühafizə orqanları ilə qarşıdurma yaratmaq olub. Daha doğrusu, Avropa Parlamentinin 20 Yanvar hadisələrinin 29-cu ildönümünə bir neçə gün qalmış – yanvarın 17 də çıxardığı bəlli “qətnaməsindən” 3 gün sonraya təsadüf edən təxribat cəhdi onlara verilən sifarişin tərkib hissəsi olaraq qiymətləndirilə bilər.

Avropa Parlamentindəki ağalarının quyruq bulayan qullarına çevrilmiş sorossevərlər yığnağı – AXCP “gəncliyi” üçün ümumiyyətlə, heç bir dəyər mövcud deyil

Yeri gəlmişkən, bu təhlili yazarkən, insanda istər-istəməz belə bir fikir formalaşır ki, 1990-cı ilin 19-dan 20-nə keçən yanvar gecəsində xalqı küçələrə çağırıb gülləborana, tanklar altına saldıran zehniyyət, 2019-cu ilin 19 yanvar tarixində keçirilən mitinqdə, xalqı növbəti mitinqlərə və qiyamlara səsləyən zehniyyətlə eynilik təşkil edir.

Beləliklə, fakt budur ki, Avropa Parlamentindəki ağalarının quyruq bulayan qullarına çevrilmiş sorossevərlər yığnağı – AXCP “gəncliyi” üçün ümumiyyətlə, heç bir dəyər mövcud deyil. Əlbəttə ki, biz burada radikal dindarlardan tutmuş ateistlərə və hətta LGBT təmsilçilərinə qədər “lider” hesab edilən Əli Kərimli izinin olmasına qətiyyən şübhə edə bilmərik!

Məsələ də ondadır ki, sosial şəbəkədə guya 20 Yanvar şəhidlərinin xatirəsini yad etməyə getdiklərini reklam edən bir sürü yığnaq, sanki hansısa bir kef məclisinə yola düşdüklərini sərgiləyiblər.

Ağaları – Sorosa ismarıc kimi göndəriblər və bunun icraçısı məhz AXCP sədri Əli Kərimlidir

Yuxarıdakı fotodan da görünür ki, özlərinə məxsus Facebook profilində “polisə aparıldılar” tipində haray-şivən qaldıran həmin ünsürlər əslində, bunu bilavasitə avropalı ağaları – Sorosa ismarıc kimi göndəriblər və bunun köklü icraçısı məhz AXCP sədri Əli Kərimlidir.

Ümumiyyətlə, yuxarıda da qeyd etdiyimiz kimi, heç bir milli dəyərlərə sahib olmayan bu tiplər əslində, ailələrindən, böyüklərindən imtina edənlər, təhsillərini yarımçıq qoyaraq, Əli Kərimlinin “siyasət” bataqlığında çirkaba bulaşanlar, cəmiyyət arasında ən kiçik mədəniyyətə belə sahib olmayan tüfeylilər və daha kimlər…kimlərdir.

Əli Kərimlinin əxlaqsızlıq şinelindən çıxan “gənclər”

Məgər, doğma anasını döyərək, polisə düşən, bu hadisəni “siyasi motivə” yazan, youtube-də içki masasında göbəyiaçıq şəkildə sərxoşluğunu yayıb, bununla fəxr edərək, AXCP sədri ilə şəkil çəkdirən Fatimə Mövlamlı, hazırda Avropada “siyasi mühacir” adı altında var-gəl edən və hələ bir neçə il öncə Bakıdakı otellərin birində rus qızı ilə qeyri-ənənəvi intim münasibəti ilə bağlı biabırçı videogörüntüsü yayılan Səid Nuri, eləcə də, AXCP-nin tarixinə daha öncələrdə yazılmış Qənimət Zahid, Azər Əhmədov tipli rüsvayçılıq halları Əli Kərimlinin “müxalifətçi gənclik istehsalı” hesab oluna bilməzmi? Biz, hələ Əli Kərimlinin oğlu Türkel Kərimlinin Avropanın gecə barlarındakı kef məclislərini də bu sıralamaya əlavə edə bilərik!

Beləliklə, fakt ortadadır və söz yox ki, Kərimlinin trolları sabahdan, bəlkə də indidən fotodakı həyasızlıqlarına özlərinə lazım olan donu geyindirməyə çalışacaqlar. Ancaq onlar bir faktı anlamırlar ki, artıq qatar çoxdan gedib və həmin fotonu görən sağlam düşüncəli istənilən insan bir daha Əli Kərimli “gəncliyinin” necə “inkişaf” etdiyini görür. Görür və sadəcə, nifrət edir. Çünki bu vəziyyət, həqiqətən də nifrətə, hiddətə, kəskin qınağa səbəb olan bir haldır!

 


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.