Universitetlərdə dərslər onlayn keçiriləcək

“Ali təhsil müəssisələri sentyabrın 15-dən dərslərə onlayn başlayacaq”.

XALQ.AZ-ın verdiyi xəbərə görə, bunu Təhsil naziri Emin Əmrullayev deyib.

O bildirib ki, ali təhsil müəssisələri sentyabrın 15-dən dərslərə onlayn başlayacaq: “Oktyabrın 1-dən birinci kurs tələbələrinin dərslərə əyani gəlməsi planlaşdırılır. Oktyabrın 15-dən sonra laboratoriya işi tələb edən bəzi ixtisaslar üzrə əyani təhsilin təşkilinə icazə veriləcək. Noyabrın 2-dən sonra fərqli qərar verilə bilər”.