Uşaq nikahlarına son qoyulur

Nigah

Afrika Birliyi bu ərazidə geniş yayılmış uşaq nikahlarının kökünü kəsmək üçün geniş miqyaslı kampaniyaya başlayıb.

XALQ.AZ-ın məlumatına görə, kampaniyanın mənzil-qərargahı Efiopiya paytaxtı Əddis-Əbəbədə yerləşir.

Yaşı 18-dən az olan uşaqlar arasında nikahlar bütün planetdə baş verir, amma Afrika bu sahədə ən əlverişsiz regiondur.

Ekspertlərin məlumatına görə, 17 milyondan artıq afrikalı qızı uşaq yaşında ərə verirlər. Bu, hər üç qızdan biri deməkdir.