ÜST beynəlxalq fövqəladə vəziyyət rejimini uzatdı

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) beynəlxalq fövqəladə vəziyyət rejimini növbəti 3 ay müddətinə uzadıb. XALQ.AZ “TASS”a istinadən xəbər verir ki, bu barədə ÜST-ün Fövqəladə Vəziyyət üzrə komitəsinin Cenevrədə keçirilmiş müşavirəsinin yekununda bildirilir.

Qeyd edilir ki, komitə “yekdilliklə razılaşıb ki, beynəlxalq narahatlığa səbəb olan pandemiya hələ ictimai səhiyyə üçün fövqəladə vəziyyət yaradır”.

Komitə bu rejimin uzadılması ilə bağlı tövsiyəsini ÜST-ün baş direktoru Tedros Adan Qebreyesusa təqdim edib, sonuncu bununla razılaşıb. Bununla əlaqədar olaraq “komitə baş direktorun qərarı ilə üç ay ərzində yenidən çağırılacaq”, – xəbərdə deyilir.