ÜST Covid-19-un bitəcəyi tarixi açıqlandı

“COVID-19 pandemiyasının iki ildən az müddətdə bitəcəyinə ümid edirik”. 

XALQ.AZ xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST)  Baş direktoru Tedros Adhanom Qebreyesus cümə günü keçirilən brifinqdə koronavirusla 1918-ci ildə yayılmış “İspan qripi”ni müqayisə edərkən bildirib.

ÜST rəhbəri qeyd edib ki, hazırkı durumda daha çox texnologiyalar mövcuddur: “Yeni növ virus yaxın təmaslarla daha sürətli yayılır, ancaq onun qarşısını almaq üçün müvafiq texnologiyamız var”.