ÜST: Daha bir virus yayılmağa başladı

Konqonun qərbində yeni Ebola virusu yayılmağa başlayıb.

XALQ.AZ xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Qebreyesus Tvitter hesabında deyib.

O bildirib ki, ölkədə artıq 4 nəfər virusdan həyatını itirib:

“Ümumilikdə isə 6 nəfər Ebola daşıyıcısıdır”.