Vəsilə Vahidqızı vəzifəyə təyin olundu

İctimai Televiziyanın şöbə müdiri və aparıcısı Vəsilə VahidqızıDiasporla İş üzrə Dövlət Komitəsinin mətbuat katibi vəzifəsinə təyin olunub.
XALQ.AZ xəbər verir ki, bu barədə komitədən məlumat verilib.
“Vəsilə Vahidqızı İTV-də bir sıra aktual mövzularla yanaşı, diaspor mövzusunda da müzakirələrin aparıcısı olub. Bundan sonra da Dövlət Komitəsi dünyanın müxtəlif ölkələrindəki diaspor təşkilatları, Azərbaycan icmaları və ayrı-ayrı soydaşlarımızın fəaliyyəti bağlı ictimaiyyəti məlumatlandırmaqda davam edəcək.
Dövlət Komitəsi İTV ilə birgə ixtisaslaşmış televiziya proqramını tamaşaçılara təqdim etməyi planlaşdırır.
Bu layihə çərçivəsində Vəsilə Vahidqızı İTV ilə əməkdaşlığını davam etdirəcək”, – deyə məlumatda bildirilir.
Orxan

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir