VƏTƏN NAMİNƏ QAYIDIŞ

 

 

Azərbaycan müstəqillik əldə etdikdən sonrakı ilk dövrdə müxtəlif sosial-iqtisadi, siyasi problemlərlə üzləşən, vətəndaş müharibəsinin astanasında olan Azərbaycan 1993-cü ilin iyununda hətta öz müstəqilliyini itirmək təhlükəsi ilə qarşılaşmışdı.

 

Картинки по запросу HEYDƏR ƏLİYEV

Ölkə daxilində müxtəlif silahlı qruplaşmaların hakimiyyət və səlahiyyət savaşına çıxması həm siyası böhrana səbəb olmuş, həm də Azərbaycanı müxtəlif xarici kəşfiyyat orqanlarının mübarizə meydanına çevirmişdi. 1993-cü ilin iyununda – Heydər Əliyevin   hakimiyyətə qayıdışı ərəfəsində Azərbaycan öz tarixinin ən qanlı burulğanı içərisində çabalayırdı.  Siyasi hərc-mərclik, vəzifə bölgüsü, özbaşınalıq baş alıb gedirdi. Bölgələrimizdə, rayonlarda, paytaxtın ayrı-ayrı məhəllələrində faktiki olaraq silahlı quldur dəstələri hökmranlıq edirdilər. Xalq vahimə və təşviş içərisində idi.   O dövrün başabəla rəhbərləri çıxılmaz vəziyyətdən hansı tədbirləri  görəcəklərindən daha üstün öz şəxsi maraqları naminə iş aparırdılar. Üzdə xalqdan danışan, əslində isə sərvət düşkünləri olan bir qrup vəzifəpərəst sovet hakimiyyəti illərində toplanmış xalq əmlakına  talayırdılar.   Faktiki olaraq dövlət yox idi. Ölkəni xalq adından idarə edən, əslində isə heç bir səriştəsi olmayan, ən adi idarəçilik qaydalarının belə nə olduğunu bilməyən və xaricdəki ağalarının göstərişi ilə hərəkət edən məhdud bir qrup məmləkəti milli fəlakət həddinə çatdırmışdı.  Cəbhə düşmənin üzünə açıq idi. Babalarımızın müqəddəs əmanəti olan Vətən torpaqları hərraca qoyulmuşdu. Azərbaycan xarici aləmdəki olan-qalan nüfuzunu da tamamilə itirmişdi. Xalq ümidsizlik və təlaş içərisində idi. Sabaha inam qalmamışdı. Ən təhlükəli cəhət isə bundan ibarət idi ki, Azərbaycanın xaricdəki yağı düşmənləri daxildəki satqınlarla birləşmişdilər.

Похожее изображение

 

Bəli, 1993-cü ildə  xalqın təkidi ilə Bakıya gələn  liderimiz Heydər Əliyev  Azərbaycanı parçalamaqdan xilas etdi. Bu gün ki, müstəqil Azərbaycanın banisi məhz Heydər Əliyevdir. Dahi Heydər Əliyev xalqın ümüdünü doğrultdu.    H­ey­dər Əli­ye­vin və­tən, xalq qar­şı­sın­da ən bö­yük xid­mə­ti müs­tə­qil Azər­bay­can döv­lə­ti­nin par­ça­lan­maq, məhv ol­maq təh­lü­kə­sin­dən qur­tar­ma­sı, müs­tə­qil­li­yi­mi­zi əbə­di və dön­məz et­mə­si­dir. Məhz onun nə­həng fəa­liy­yə­ti nə­ti­cə­sin­də Azər­bay­can su­ve­ren döv­lət ki­mi in­ki­şaf et­miş, möh­kəm­lən­miş və dün­ya bir­li­yin­də la­yiq­li ye­ri­ni tut­muş­dur. Ona gö­rə də biz haq­lı ola­raq de­yi­rik ki, H­ey­dər Əli­yev müs­tə­qil döv­lət­çi­liy­mi­zin qu­ru­cu­su­dur, bu gün­kü güc­lü, in­ki­şaf edən Azər­bay­can döv­lə­ti Böyük siyasi xadim Heydər Əliyevin şah əsəridir. Ulu öndərimiz H­ey­dər Əli­yev əsl ümum­xalq mə­həb­bə­ti, sev­gi­si qa­zan­mış, si­ya­sət­çi­lər­dən, döv­lət xa­dim­lə­rin­dən­dir.  Azərbaycan dövlətinin bütün uğurlarının təməlində ulu öndər Heydər Əliyevin müdrik siyasəti, möhtəşəm siyasi kursu dayanır.

 

 

Картинки по запросу Prezident və ailə üzvləri

Bu gün Azərbaycanın adı bütün göstəricilərə görə dünyada lider ölkələr sırasında çəkilir. Prezident İlham Əliyev müasir, qüdrətli, Azərbaycanı inkişaf etdirir.   Sabahkı günlərimizdə sosial –rifahımızın artırılması naminə görülən işlər göz önündədir. Xalqımızın gələcəyi, gənc nəslin daha firavan yaşaması üçün lazımi tədbirlərin görülməsi və ölkəmizdə olan sabitlik bizləri bu siyasətə  ulu öndərimiz Heydər Əliyev ideaylarına etibar etdiyimiz üçün yanılmadığımızı bir daha əyani subutudur.  Prezidentimiz cənab İlham Əliyevin qətiyyəətli xarici siyasəti  nəticəsində torpaqlarımzda işğaldan azad olunacağına tam əminliklə inanırıq. Bu gün Prezident İlham Əliyevin idarəçiliyi ilə  hər bir sahədə uğurlu islahatlar aparılır,Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevada bu islahatlara öz dəstəyini verir və vətəndaşlarımızın daha yaxşı yaşaması üçün lazımı işlər görülür. Ulu öndərimiz Heydər Əliyev uzunmüddətli dövr üçün müəyyən etdiyi strateji xətti bacarıqla inkişaf etdirilir.

//XALQ.AZ

Zaur MİRZƏ-ZADƏ