Vəkili məşhur aktrisanı məhkəməyə verdi

22

Türkiyəli məşhur aparıcı və aktrisa Pınar Altuğu keçmiş vəkili Ünvər Yörügər məhkəməyə verib.

Xalq.az-ın məlumatına görə, vəkil Altuğun keçmiş həyat yoldaşından boşanan zaman ona vəd etdiyi məbləği ala bilmədiyini iddia edib. 2003-cü ildə keçmiş həyat yoldaşından ayrılan aktrisanın vəkili 11 il keçdikdən sonra ondan 113 min 906 lirə (42 min manat) tələb edib. O, pulun faizini, eyni zamanda da təzminat istəyib. Pınar Altuğ isə məhkəməyə göndərdiyi cavab ərizəsində vəkilini günahlandırıb.

Aktrisa boşanma məhkəməsi zamanı lazımsız xərclər ödədiyini bildirib. Bunda isə vəkilini günahlandırıb. O, xərclədiyi pulların qarşılığında müsbət nəticə əldə etməməkdən şikayətlənib.

Xatırladaq ki, film və seriallarda uğurlu rol canlandlran aktrisa Pınar Altuğun həyat yoldaşı, aktyor Yağmur Atacan ötən günlərdə silahlı hücuma məruz qalıb. Pınarın özündən yaşca kiçik olan yoldaşı 17:30 radələrində Etilərdə yerləşən ofisindən çıxarkən maşınına minmək istədiyi vaxt motosikletdə olan üzü bağlı bir insan ona atəş açıb. Güllə, maşının qabaq şüşəsinə dəyərək arxa şüşədən çıxıb. Yağmur Atacan zərər görməsə də, avtomobilinə ciddi ziyan dəyib. Hadisədən sonra polis əməkdaşları məkana yollanıblar. Daha sonra isə Atacan ifadə vermək üçün polis bölməsinə yollanıb.

Hadisə ilə bağlı istintaq başlayıb. Aktyor isə bu barədə müxbirlərin suallarını cavablandırmayıb, sadəcə olaraq bu sözləri deyib: “Deyiləsi bir söz yoxdur. Baş verənlər göz qabağındadır”.