Vəkillər Kollegiyasının Rəyasət Heyətinin iclası keçirilib

İyulun 17-də Vəkillər Kollegiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib. İclası giriş sözü ilə açan Kollegiyanın sədri Anar Bağırov iclas iştirakçılarına Kollegiyanın cari fəaliyyəti, Azərbaycan vəkilliyinin 100 illiyi ilə bağlı keçirilən tədbirlər və ölkə üzrə vəkil qurumlarının fəaliyyətinin optimallaşdırılmasının zərurəti barədə məlumat verib.

XALQ.AZ xəbər verir ki, iclasda həmçinin vəkil qurumlarının növbətçilik siyahıları təsdiq olunub.

Daha sonra vəkillərin başqa vəkil qurumuna keçmək, bir sıra vəkillərin mükafatlandırılması ilə bağlı məsələlərə, o cümlədən, bəzi vəkilliyə namizədlərin Kollegiya üzvlüyünə qəbul məsələsinə baxılıb və müsbət qərar verilib, həmin şəxslər iclasda vəkil andı içiblər.

Eyni zamanda, iclasda Bakı şəhəri 27 saylı Vəkil Bürosunun təsis olunması ilə bağlı məsələyə baxılıb və müsbət qərar verilib.

İclasda çərçivəsində bir sıra intizam məsələlərinə baxılıb, müvafiq qərarlar qəbul edilib

Sonda Vəkillər Kollegiyasının fəaliyyəti ilə əlaqədar əhəmiyyət kəsb edən sair məsələlərə baxılmışdır.

 

Orxan