Vətəndaş Sultan Süleymanı məhkəməyə verdi

Sultan Suleyman

 

Serialdan təsirlənən Hasan Köz Mustafanın padişah elan edilməsi, sultanın isə vəzifəsindən alınmasını tələb edir 

Türkiyədə yayımlanan «Möhtəşəm Yüz il» serialında Şahzadə Mustafanın qətlə yetirilməsindən sonra onun türbəsinə insanların axını çoxalmağa başlayıb. Xalq.az «Hürriyet» qəzetinə istinadən xəbər verir ki, serialdakı məşhur səhnədən sonra Türkiyədə bir ilk daha yaşanıb.

Belə ki, bursalı 47 yaşlı Həsən Köz şəhər Məhkəməsinə gedərək, Qanuni Sultan Süleymanla bağlı şikayət edərək, onun mühakiməsini tələb edən iddia qaldırıb. İddiasında isə Şahzadə Mustafanın ölümündə ittiham etdiyi Sultan Süleymanın vəzifəsindən alınması, onun yerinə isə Mustafanın padişah olaraq tanınmasını tələb edib.

Köz bununla bağlı açıqlamasında deyib: «Mən serialı izləyirəm və bundan çox təsirləndim. Qanuni Sultan Süleymanın oğlunu boğduraraq öldürməsi səbəbiylə ədliyyəyə getdim və Respublika Ali Məhkəməsinə şikayət etdim. Şahzadə Mustafanın etibarının geri qaytarılmısını və padişah Qanuni Sultan Süleymanın şahlıqdan geri alınmasını istəyirəm. Serial məni çox təsirləndirdi».