Vəzifəli şəxs bıçaqlanmasından danışdı

“Azərtoxum” MMC-nin bıçaqlanan direktoru Məzahir Qasımovun vəziyyəti normaldır, hazırda Bərdə rayon xəstəxanasında tibbi yardım alır.

XALQ.AZ-ın xəbərinə görə, bu barədə “Azərtoxum” MMC-nin direktoru Məzahir Qasımov məlumat verib.

Onun sözlərinə görə, hadisə kiçik münaqişə zəminində baş verib, dava edən şəxsləri ayırmaq istəyən zaman bıçaqlanıb:

“Hazırda xəstəxandayam, vəziyyətim normaldır, kiçik bir məsələdir, narahatlığa əsas yoxdur”.