Vəzifəli şəxs karantində qızına nişan etdiyi üçün cəzalandırıldı – Foto/Video

Ağdam Rayon Təhsil Şöbəsinin müdiri Mətanət Misirxanova qızı Mehparə Əzizovaya karantin zamanı nişan etdiyi üçün cəzalandırılıb.

XALQ.AZ xəbər verir ki, bu barədə Mətanət Misirxanova özü məlumat verib.

O qeyd edib ki, sözügedən məclis 23 may 2020-ci ildə keçirilib:

“Nişan mərasimi öz evimdə, yalnız ailə üzvlərimizin iştirakı ilə keçirilib. Məclisdə ailədən kənar heç kim olmayıb.

Nişanda qız və oğlan evi birgə 18 nəfər olub. Karantin qaydalarını pozduğuma görə haqqımda Ağdam Rayon Polis Şöbəsi tərəfindən inzibati protokol tərtib edilib”.

XALQ.AZ