Vəzifəli şəxslər işdən çıxarıldı

XALQ.AZ xəbər verir ki, Milli Məclisdə struktur islahatları davam edir.

 Struktur islahatları çərçivəsində Milli Məclis Aparatının Katibliyində dörd nəfər işdən çıxarılıb. 

Milli Məclis Sədrinin köməkçisi Aydın Cəfərov, Milli Məclis Sədrinin birinci müavininin köməkçisi Kəmalə Əzimova, Milli Məclis Sədrinin müavininin köməkçisi – Hüseyn Ağayev, Aparat rəhbərinin köməkçisi Elxan Əhmədov tutduğu vəzifəsindən azad edilib.