Vahid  Əhmədov qəbul keçirib

Qubadan  millət  vəkili  seçilmiş  Vahid  Əhmədov  növbəti  dəfə  rayonda  yerləşən  ofisində  seçiləri  ilə  görüşərək  onları  qəbul edib.
XALQ.AZ  xəbər verir ki, qəbul  üçün  yazılmış  68  seçicinin  hamısı  deputat  tərəfindən  təkbətək  dinlənilmiş,  Milli  Məclisin  və deputatın  fəaliyyəti  barədə   onları  maraqlandıran  suallara  cavablar  verilib.
Qəbul  zamanı  əvvəlki  qəbullardan  fərqli  olaraq  ən  çox  qabardılan  məsələ  məşğulluq  və  iş  yerlərinin  təşkili  məsələləri olub.
Son zamanlar  rayonda  yeni  istehsal  müəssisələrinin  yaradılması  istiqamətində  bir  sıra  işlərin  görülməsinə  baxmayaraq, Qubada  əhalinin  məşğulluq  məsələsi  narahatlıq  doğurmaya  bilməz.
Müşahidələr  göstərir  ki, işsiz  əhalinin  sırasında  cavan nəslin  nümayəndələri  çoxluq  təşkil  edir. Bu  problem  ciddi  şəkildə nəzərə alınmalıdır.
Tez-tez  səsləndirilən məsələ əhalinin rayon yerində kirayədə qalmaları və bu səbəbdən də onların həyətyanı torpaq  sahələrinin verilməsı xahişi ilə müraciət etmələridir.
Qaz təminatında  müsbət irəliləyişlərin olmasına  baxmayaraq bəzi sakinlər qaz istifadə xərclərinin yüksək məbləğ təşkil etdiyini, bu səbəbdən böyük məbləğdə borclarının yarandığını deputatın  diqqətinə  çatdırıblar.
Bu və digər əhalini narahat edən məsələlər barəsində  qəbuldan sonra rayon İcra  Hakimiyətinin rəhbəliyi ilə baş  tutmuş görüşdə fikir mübadiləsi aparılıb, problemlərin tez bir zamanda həlli üçün konturlar müəyyənləşdirilib.
Növbəti qəbul fevral ayına planlaşdırılıb.

 

 

Orxan