Vahid Əhmədovun seçicilərlə izdihamlı görüşü – FOTO

52 saylı Quba Seçki Dairəsindən deputatlığa namizəd Vahid Əhmədov Quba şəhərinin rayon mədəniyyət mərkəzində möhtəşəm izdihamlı görüş keçirmişdir.

XALQ.AZ xəbər verir ki, tədbirə maraq çox olmuş, minə yaxın seçici görüşdə iştirak etmişdir. Mədəniyyət mərkəzində boş yerlər qalmadığından sakinlər görüşü ayaq üstündə izləməli olmuşlar. Görüşdə respublikanın tanınmış ziyalıları xalq şairi Ramiz Rövşən, Əkbər Əliyev, Aslan İsmayılov,Qulu Məhərrəmli və digərləri iştirak etmişlər. Onlar çıxışlarında Vahid Əhmədovun həyatı və fəaliyyəti barədə danışmış, qubalıların ona səs verəcəklərinə əmin olduqlarını bildirmişlər.

Görüşdə iştirak edən Quba sakinləridə öz çıxışlarında Vahid Əhmədova səs verəcəkləri, onu öz deputatları kimi Milli Məclisdə görmək isdədiklərini bildirmişlər.

XALQ.AZ