Vakant həkim yerləri 60-dan çoxdur

9

 

Səhiyyə Nazirliyinin tabeliyindəki tibb müəssisələrində vakant həkim yerlərinin sayı açıqlanmışdır.
Nazirlikdən AzərTAc-a bildirmişlər ki, dövlət səhiyyə müəssisələrində 2 minə qədər vakant həkim yeri vardır. Həmin yerlərin çoxu regionlardakı tibb müəssisələrinin payına düşür. Bakıdakı dövlət səhiyyə müəssisələrindəki vakant həkim yerlərinin sayı isə 60-dan çoxdur.
Vakant həkim yerləri üzrə işə qəbul olmaq istəyənlər üçün sənəd qəbuluna sentyabrın 13-dən başlanılmışdır. Sənəd qəbulu oktyabrın 12-də yekunlaşacaqdır.