Sahibə Qafarova və Valentina Matviyenko Moskvada görüşəcəklər

Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova Moskvaya səfərə gələcək.

XALQ.AZ-ın verdiyi xəbərə görə, bu barədə Rusiya Federasiya Şurasının mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilib ki, sentyabrın 22-də Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko S. Qafarova ilə görüşəcək.

Görüş zamanı ikitərəfli əməkdaşlıq müzakirə olunacaq.

S. Qafarovanın sentyabrın 23-də Federasiya Şurasının payız parlament sessiyasının birinci iclasında çıxışının planlaşdırıldığı da qeyd olunub.