Kimsəsiz uşaqlara qayğı

6

Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə 31mart 1 aprel 2014-cu il tarixində Quba rayonunda ‘’Valideyn qayğısından məhrum gənclərə hüquqi yardim’’adlı lahiyə həyata keçirildi. Fərdi layihənin rəhbəri Kənan Qubadzadə bildirdi ki, layihənin məqsədi gənclərin uşaq evlərindən çıxdıqdan sonra müstəqil şəkildə həyatda addımlamaları üçün onların daha da maarifləndirlməsi,sosial xidmətlərinin təmin olunmalarında,yaradıcılıq qabiliyyətlərinin aşkara çıxarımasında yardım göstərməkdir. Layihə çərçivəsində həmin gənclərlə görüşlərin keçrilməsində ekspertlər, hüquqşünaslar, QHT nümayəndələri və KİV nümayəndələri iştirak etmişlər. Layihə müddətində iştirakçılara konsitusiyada nəzərdə tutulmuş hüquq azadlıqlardan ibarət buklet və braşurlar paylandı. Layihədə nəzərdə tutulan məqsədi daha da davamlı etmək üçün iştirakçılara xüsusi təlimatlar verildi.