Vaqif Əsədov yol qəzaları ilə bağlı statistikanı açıqladı

2018-ci il ərzində Bakıda 619 yol nəqliyyat hadisəsi baş verib.

XALQ.AZ xəbər verir ki, bunu Bakı şəhər BPİ Dövlət Yol Polis İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

V.Əsədov bildirib ki, baş verən qəzalar nəticəsində 212 nəfər həlak olub, 529 nəfər müxtəlif xəsarətlər alıb.

Bölmə rəisi bildirib ki, ötən illə müqayisədə 5 ölüm fərqi artıb ki, bu da piyadaların vurulması ilə bağlıdır.

Bölmə rəisi bildirib ki, piyadaların vurulması ümumi hadisələrin 62 faizini təşkil edir. Onun sözlərinə görə, yol nəqliyyat hadisələrinin digər səbəbləri sürət həddinin aşılması, qarşıdan gələn nəqliyyat vasitəsinin yoluna çıxmaq, ötmə, manevretmə qaydalarının pozulması, yol ayrıcının keçmə qaydalarının pozulması olub.

 

 

Orxan


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.