Vaqif Dərgahlının adından saxta profil açılıb

Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlının fotosu ilə saxta “Facebook” profili açılıb.

XALQ.AZ xəbər verir ki, bu barədə V.Dərgahlı özü məlumat verib.

Xidmət rəisi bildirib ki, həmin profil saxtadır və onun elə bir profili yoxdur: “Mənim adımdan saxta “Facebook” profili açılıb. Xahiş edirəm buna inanmayın və profili şikayət edin”.