Vaqif Mustafayev “Serbiyanın Bayrağı ordeni” ilə təltif edilib

 

009

Serbiya prezidenti Tomislav Nikoliçin Azərbaycan Dövlət Mükafatı laureatı və Əməkdar incəsənət xadimi, Space Teleradio Şirkətinin prezidenti Vaqif Mustafayevi üçüncü dərəcəli “Serbiyanın Bayrağı ordeni” ilə təltif edib.

Gün.Az-a Serbiyanın ölkəmizdəki səfirliyindən bildiriblər ki, mükafat iki ölkə arasında mədəni fəaliyyət sahəsində əməkdaşlığın və dostluq münasibətlərin inkişafına görə təqdim olunub.

Qeyd edək ki, bu il Serbiyada Vaqif Mustafayev “Dünya kino incəsənətinə töfhə” mükafatına və Serbiya Respublikasının İncəsənət Akademiyasının Fəxri professor adına layiq görülüb.