“Vardenis-Ağdərə yolu da daxil olmaqla monitorinqlər aparılır” – “Azərkosmos”

“İşğal altındakı torpaqlarımıza gedən ən strateji yollardan biri, artıq Ordumuzun nəzarəti altında olan Vardenis-Ağdərə yolu da daxil olmaqla hər bir qarış torpağımızda “Azersky” peyki vasitəsilə davamlı monitorinqlər aparılır”.

XALQ.AZ-ın məlumatına görə, bu barədə “Azərkosmos” ASC məlumat yayıb.

“Bu gün cəsarətli Ordumuz Ali Baş Komandanımızın rəhbərliyi altında düşmən üzərində qələbəyə doğru böyük inamla irəliləyir. Əminik ki, tezliklə zəfər bizim olacaq”, – açıqlamada deyilir.