Vasif Talıbov yeni texnikalara baxdı

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən alınıb gətirilmiş yeni kənd təsərrüfatı texnikalarına baxıb. 

XALQ.AZ  xəbər verir ki, bu il muxtar respublikaya 79 yeni texnika və avadanlıq alınıb gətirilib. Alınan texnikalardan 4-ü Almaniya istehsalı olan “Klass Dominator” markalı kombayn, 3-ü İtaliya istehsalı olan “Landini”, 8-i “New Holland”, 3-ü Çin istehsalı olan “FL” və 4-ü “Belarus” markalı müxtəlif güclü traktorlardır.

V. Talıbov Açıq Səhmdar Cəmiyyətin rayon bazalarının texnikalarla təminatı, kənd təsərrüfatı texnikalarının satışının davam etdirilməsi, yeni texnikalardan səmərəli istifadə olunması və bununla bağlı məlumatlandırma işlərinin aparılması barədə tapşırıqlar verib.

 

 

 

Orxan

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.