Vasif Talıbovun yaratdığı yeni şuranın üzvləri – Siyahı

Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 6 dekabr 2018-ci il tarixli fərmanı ilə Naxçıvan Muxtar Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurası yaradılıb.

XALQ.AZ xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurasının Tərkibi aşağıdakı kimi təsdiq edilib:

1.Əli Həsənov – Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının rəhbəri

2.Cəlil Rüstəmov – Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatı rəhbərinin müavini, Qanunçuluq və hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri

3.Gözəl Şahməmmədova – Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Təltif və kadrlarla iş sektorunun müdiri

4.İsmayıl Qəribli – Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri

5.Əhliman Xıdırov – Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimi

6.Sənan Qarayev – Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi İnzibati-iqtisadi kollegiyasının hakimi

7.Aytən Məmmədova – Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini

8.Ayaz Məhərrəmov – Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Aparatının Qanunvericilik bölməsinin rəisi.

 

Orxan


Comments are closed.