“Vasmoy” bazarı bu gündən bağlanır

Ölkənin ən məşhur bazarlarından biri olan “8-ci kilometr bazarı” bağlanır.

XALQ.AZ xəbər verir ki, dünən bazardaki sahibkarlara bu barədə xəbərdarlıq edilib.

Bazarın bağlanma səbəbinin pandemiya olduğu bildirilir. Bazarda bir çox iş yeri və giriş bu gündən etibarən bağlanıb.

Qeyd edək ki, bazar pandemiya zamanı fəaliyyətini dayandırmamışdı.