Vatikan – ən çox şərab içilən ölkə

Vatikan

Dünyada əhalisinin ən çox şərab içdiyi ölkə Vatikandır. Kaliforniya İnstitutunun araşdırmalarına görə Vatikan adambaşına düşən şərab istehsalına görə, dünyada birinci yeri tutur.

Xalq.az-ın məlumatına görə, bu ölkədə bir adam ildə 74 litr və ya 105 şüşə şərab içir. Bu göstərici Fransa və İtaliyadan iki dəfə, Böyük Britaniyadan isə üç dəfə çoxdur