“Vaxtında bu addımlar atılmasaydı vəziyyət çox acınacaqlı ola bilərdi”

Cənab Prezdent İlham Əliyevin sədrliyi ilə aprelin 14-də kecirilən müşavirədəki çıxışı, tövsiyyə və tapşırıqları bizim ucun ən başlıca fəaliyyət proqramıdır.

XALQ.AZ xəbər verir ki, bunu açıqlamasında  Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü İqbal Məmmədov deyib.

Onun sözlərinə görə, ölkə başçısı  müşavirədə ölkədə koronavirus pandemiyasına qarşı həyata keçirilən tədbirlər planı, bu mübarizədə Azərbaycan təcrübəsindən beynəlxalq paraktikada istifadəsi,   pandemiyanın insanlara vurduğu ziyan və bunun dövlət tərəfindən qarşılanması, beynəlxalq iqtisadi böhran və onun ölkəmizə təsirləri, bundan çıxış yolları, sahibkarlığın dəstəklənməsi istiqamətində  görülən və görüləcək işlər barəsində geniş məlumat verdi. “Ölkə başçısının dediyi kimi koronavirusla mübarizə istiqamətində ilk gündən etibarən atılan qabaqlayıcı tədbirlər və düşünülmüş siyasət nəticəsində vəziyyəti nəzarət altında saxlamaq mümkün olub. Doğrudan da vaxtında  bu addımlar atılmasaydı və düşünülmüş strategiya çərçivəsində məhdudlaşdırıcı rejimi mərhələli yollarla sərtləşdirməsəydi vəziyyət  çox acınacaqlı  ola bilərdi. Biz necə ki, digər ölkələrin timsalında  bunun şahidi oluruq.Çünki  beynəlxalq təcrübə bunu sübut etdi ki, hətta iqtisadi və səhiyyəsi ən yüksək səviyyədə inkişaf etmiş ölkələr  özünü  koronavirus pandemiyasından sığortalya bilmədi. Əksinə məhz elə həmin ölkələr bu gün  koronavirus pandemiyası ilə mübarizədə aciz və rəzil duruma düşüblər. Baxın, ABŞ kimi dünyanın nəhəng ölkəsi hansı vəziyyətlə üz-üzə qalıb.  ABŞ, Böyük Britaniya, Fransa, İspaniya, İtaliya, Almaniya  kimi ölkələrin səhiyyə sistemi bu xəstələrin artan dinamikasının qarşısında duruş gətirə bilmir. Amma şükürlər olsun ki, Azərbaycanda tamamilə fərqli situasiyadır. Pandemiaya ilə bağlı vəziyyət nəzarətdə saxlanılır. Bu da ancaq və ancaq  Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın düşünülmüş, məqsədyönlü siyasəti nəticəsində mümkün olub. Yuxarıda qeyd etdiyim kimi koronavirus epidemiyasının yayılmağa başladığı ilk zamanlarda  tədbrilri tərpənərək vəziyyətə uyğun zəruri addımlar atıldı və bud a öz bəhrəsini verdi. Artıq koronavirus pandemiyası ilə mübarizədə Azərbaycan təcrübəsi beynəlxalq  aləmdə təqdir edilərək, bir sıra ölkələr bundan faydalanmaqdadırlar”- deputat qeyd edib.

Millət vəkili bildirib ki, Azərbaycan koronavirusa qarşı mübarizədə  təkcə ölkə daxilində   ciddi, effektiv addımlar atmadı, eyni zamanda  bu məsələdə beynəlxalq aləmə öz töhfəsini vermək istiqamətində ciddi addımlar atdı: “Azərbaycanın koronavirusala bağlı beynəlxalq aləmə verdiyi töhfə Ümumdünya Səhiyyə Təşkilatının rəhbərliyi səviyyəsində dilə gətirilərək,   Prezident İlham Əliyevə və Azərbaycan xalqına təşəkkür etdi. Bundan əlavə olaraq bu məsələdə beynəlxalq aləmin həmrəyliyini təmin edib, birgə əməkdaşlıq məqsədi ilə Türk Şurasının Zirvə görüşünü keçirilməsi təşəbbüsü ilə çıxış edərək, keçirilməsinə nail olundu. Burada təkcə üzv ölkələrin deyil, digər ölkələrin də koronavirus pandemiyasına qarşı mübarizədə səylərini birləşdirmək, o cümlədən iqtisadi aktivliyi təmin etmək, post pandemiya dövründə gözlənilə biləcək iqtisadi böhranların aradan qaldırılması istiqamətində çevik, qabaqlayıcı addımların atılması müzakirə edildi.  Bununla da Azərbaycan beynəlxalq böhran dövründə özünə qapanmadan, proseslərə soyuqqanlı yanaşaraq qlobal təhdidlərə qarşı çevik  reaksiya verməsinin göstəricisidir. Azərbaycan Prezidentinin bu addımı təkcə öz dövlətini deyil,  dünya xalqlarını üzləşdiyi ağır durumdan çıxmaq istiqamətində töhfəsi kimi dəyərləndirmək lazımdır və bu belə də qarşılandı. Azərbaycan Prezidentinin bu təşəbbüsü Türk Şurasına üzv və müşahidəçi ölkələr tərəfindən yüksək dəyərləndirildi və buna görə  Prezident İlham Əliyevə təşəkkür etdilər. Bu addım Azərbaycanın dünyadakı qlobal humanitar  problem və fəlakətlərə  münasibətinin növbəti dəfə bariz göstərcisi oldu.Azərbaycan dövləti bu mövqeyi ilə dünyaya nümayiş etdirdi ki,  qlobal humanitar fəlakərlərdə  beynəlxalq aləm birlik nümaiyş etdirib, güclərini daha az itkilərlərə çıxmaq istiqamətində səfərbər etməzlərsə, vəziyyət daha da mürəkkəbləşə və   gözlənilməz acı nəticələrə səbəb ola bilər. Bax, Azərbaycan Prezidenti Türk Şurasına üzv dövlətlərin Zirvə görüşünü keçirməklə dünyaya bu mesajı vermiş oldu. Bütün bu addımlar bir daha Azərbaycan Prezidenti İlham Əliyevin dünya səviyyəli liderlik qabliyyətini nümayiş etdirdi. Cənab Prezident bununla Azərbaycanın  və Türk Şurasının  bir beynəlxalq təşkilat olaraq dünyada mövqeyinin möhkəmlənməsinə töhfəsini vermiş oldu, həm də dünyanın üzləşdiyi  koronavirus pandemiyasına qarşı biganə qalmadığını  öz konkret  hərəkəti ilə sübut etdi”.

İ.Məmmədov bildirib ki, ölkə başçısının müşavirədəki çıxışında   təkcə   koronavirus pandemiyasının yaratdığı mövcud böhranın aradan qaldırılmasına deyil, eyni zamanda postpandemiya  dövründə ölkə iqtisadiyyatında gözlənilə biləcək mənfi təsirlərin aradan qaldırılması istiqamətində həyata keçiriləcək tədbirlərin şahidi olduq: “Ölkə başçısı da bildirib ki,  pandemiyanın ölkə iqtisadiyyatına mənfi təsiri qaçılmazdır. Ancaq Azərbaycan bu böhrandan da üzüağ çıxacaq. Bunun üçün  Azərbaycanın böyük imkanları və potensialı var. 150-dən artıq ölkə üzləşdiyi böhrandan çıxamq üçün Beynəlxalq Valyuta Fonduna və Dünya Bankına yardım üçün müraciət etsə də, Azərbaycan yardım almaq üçün müraciət etməyib. Bu bir daha Azərbaycan dövlətinin gücünü və qüdrətini göstərən amildir. Ölkə başçısı istər pandemiya, istərsə də postpandemiya dövrünün mənfi təsirlərindən çıxmaq üçün aydın plana malikdir və bununla bağlı tədbirlər planı hazırlanıb. Bu məqsədlə 2,5 milyard manatlıq bir büdcədə formalaşdırılıb.  Bu vəsait  ilk olaraq real sektora dəyə biləcək mənfi təsirlərin aradan qaldırılmasına, sahibkarlığa, özəl sektorun inkişafına və iqtisadiyyatın dayanıqlılığının təmin edilməsinə yönəldiləcək. Koronavirus pandemiyasənın yaratdığı yeni dövrə uyğun olaraq islahatların həyata keçirilməsi nəzərdə tutulur. Odur ki, dövlətin istənilən situasiyaya uyğun olaraq az itki ilə çıxamaq  üçün çevik tədbrilər planı mövcuddur və proseslərdən üzüağ çıxacaq.
Bu da təsadüfi deyil.   Bunlar 2018-ci ildən  başlayaraq   dövrün tələbinə uyğun olaraq  yeni islahatlar mərhələsinə uyğun olaraq həyata keçirilən genişmiqyaslı islahatların nəticəsində mümkün olub.  Bütün bu uğurlu nəticə ölkə başçısının 2018-ci ildən başlatdığı genişmiqyaslı islahatlarının nəticəsində mümkün olub. İqtisadi, siaysi, sosial sahədə keçirilən islahatlar bu gün ölkənin siyasi, sosial və iqtisadi dayanıqlığını təmin etməyə imkan verir.Bu siyasətin nəticəsi olaraq bu gün dövlət işsiz vətəndaşına və əhalinin aztəminatlı təbəqəsinə dəstək olur, iqtisadiyyatın dayanıqlığını təmin etmək üçün bütün zəruri addımları atır. Ölkə başçısı bəyan etdi ki,bu il də  dövrün tələbinə uyğun olaraq islahatlar daha da dərinləşəcək və bütün sahələri əhatə edəcək. Ölkə başçısının söylədiyi kimi, əgər bu koronavirus pandemiyası müdaxilə etməsəydi, bizim uğurlarımız daha da böyük həcmli olardı. İnanıram və əminəm ki, bu ağır vəziyyətdən də çıxacağıq, iqtisadiyyatımız, iş yerləri bərpa ediləcək, həyat öz əvvəlki məcrasına dönəcək. Çünki 2020-ci ilin ilk 3 ayında iqtisadi göstəricilər bunu deməyə əsas verir.  Cari ilin birinci rübündə Ümumi daxili məhsul 3 faizə yaxın artıb, qeyri–neft sektorunda artım  7 faizə yaxın olub. Pandemiyanın yaratdığı böhrana baxmayaraq  artım var. Qeyri–neft sənaye sektorunda artım 23 faizdir. Bu da onu göstərir ki, son müddət ərzində bu sahəyə göstərilən diqqət və qoyulan sərmayə öz gözəl nəticəsini verməkdədir. Əlbəttə, koronavirus  olmasaydı artım daha da böyük olardı. Heç kim bilmir pandemiya nə qədər davam edəcək və iqtisadi fəallıq nə zaman bərpa olunacaq.  Odru ki, indiki məqamda əsas məqsədimiz Prezident  və Birinci vitse-prezident ərafında sıx birləşib, həmrəylik nümayiş etdirib vəziyyətdən birgə çıxmalıyıq. Bir olarıqsa, eyni nöqtəyə vurarıqsa vəziyyətədn daha az  itki  ilə  çıxıb, itkilərimizi  qısa zamanda bərpa edə bilərik”.