Vergidən yayınan məşhur aktrisaya rekord cəza

Çin Dövlət Vergi İdarəsinin və Vergi Bürosunun apardığı araşdırmalar nəticəsində məşhur aktrisa Fan Binqbinqin real gəlirini gizlətdiyi və vergidən yayındığı məlum olub.
XALQ.AZ xəbər verir ki, bu barədə Sinxua agentliyi məlumat yayıb. Məlumatda bildirilir ki, aktrisanın müxtəlif film şirkətləri ilə bağladığı müqavilələrdə saxtakarlıq etdiyi üzə çıxıb.
Araşdırmaların nəticəsində görə vergidən yayınma, vergi gecikdirmələri və sənəddə saxtakarlıq səbəbindən aktrisa 884 milyon Çin yuanı (təsminən 130 milyon dollar) məbləğində cərimə ödəməli olacaq.
Vergidən yayınma aktrisanın ilk belə cinayəti olduğundan Fana həbs cəzası verilməyəcək.
Qeyd edək ki, aktrisa “X-Men: Keçmiş günlər gələcək” və “Dəmir adam 3” kimi məşhur Hollivud filmlərində rol alıb.
Orxan