Verilişə sevgilisi ilə gəldi VİDEO

Əməkdar artist Rəhman Rəhmonov və onun müğənni oğlu Emin Rəhmanoğlu verilişlərin birində qonaq olub. Emin efirə müğənni sevgilisi ilə birlikdə gəlib. O, xanımı ilk dəfə proqramda atası ilə tanış edib.

Gəlin namizədin qısa geyimdə olması Əli Mirəliyevin xoşuna gəlməyib. O, gəlin namizədi tənqid edib: “Şəxsən mən gözləməzdim ki, qayınatanın qabağına belə çıxasan. Bir balaca başqa cür olmalı idi. Ağsaqqaldı, atadı. Düzdür, müasir dünyadı. Biz yaşlılar insanlara nümunə olmalıyıq. Gərək biz bu işə barmaqarası baxmayaq”.

Mirəliyevin bu sözlərinə müğənninin atası cavab verib: “Əgər Emin üçün xoşdursa, mənim üçün də xoşdur. Emin ürəyi, qəlbi təmiz oğuldur. Sənəti də göz qabağındadır. Hamı onu çox istəyir. Əsas odur ki, xalq onun sənətinə qiymət verir. Mənə elə gəlir ki, onun sevgisi də plotonik, ülvi olar. Qıza gəlincə isə, onu indi tanıdıq hələ. Məncə yaxşı olar. Emini pis adam istəyə bilməz”.

Verilişdən görüntülər sosial şəbəkələrdə paylaşılıb. Videoya izləyicilər tərəfindən səs-küylə qarşılanıb.

Elgün