Vicdanı olan hər kəs “Milli Şura”dan uzaqlaşır

 

04

AXCP sədrinin müavini, “Milli Şura”nın mitinq komissiyasının sədri Asəf Quliyevin bu qurumdan istefa verməsinin səbəbi orada baş verən qarşıdurmalara, qeyri-səmimiliyə və bir-birlərinə qarşı olan ittihamlara dözməməsidir”. Bunu SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov deyib.

““Milli Şura”nın görüşlərinə gələn insanların sayının azalmasını, eyni zamanda xalqın bunlara tamam etimadsızlıq göstərməsini və toplantılarına yığışmamalarını “Milli Şura”nın mitinq komissiyasının sədri kimi Asəf Quliyev yaxşı görürüdü. Seçki təbliğat-təşviqat kampaniyasından 19 gün keçməsinə baxmayaraq bu müddət ərzində onlar cəmi 9 görüş keçiriblər. Bu da onu göstərir ki, “Mili Şura” tamamilə iflasa uğrayıb”, deyə Siyavuş Novruzov bildirib.

YAP icra katibinin müavini qeyd edib ki, az-çox vicdanı olan insanlar prosesin gedişini görərək “Milli Şura”dan uzaqlaşır.

Siyavuş Novruzov sözlərinə əlavə edib ki, Asəf Quliyev AXCP tərkibində köhnədən qalanlardan biri idi. Bundan öncəkilər kimi o da Əli Kərimlinin ucbatından oradan uzaqlaşıb: “Yeganə qalan Asəf Quliyev idi və o da Əli Kərimlinin bədnam əməllərinə dözə bilmədi. Yəni vicdanı yol vermədi. Bunun nəticəsidir ki, bəyanat verərək oradan uzaqlaşıb”.

Qeyd edək ki, AXCP sədrinin müavini, “Milli Şura”nın mitinq komissiyasının sədri Asəf Quliyev “Milli Şura”dan, həmçinin AXCP-dən istefa verib. A.Quliyev istefası ilə bağlı bildirib ki, “Milli Şura”nın fəaliyyətində nöqsanlara yol verilib və daxili ziddiyyətlər üzə çıxıb. O, hesab edib ki, 20 ildən artıq seçki məğlubiyyətini və uğursuzluğunu cəmiyyət onlara bağışlamayacaq.