Vilayət Eyvazov daha bir polkovniki işdən çıxardı

Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov Daxili İşlər Nazirliyinin (DİN) daha bir əməkdaşını təqaüdə göndərib.

Nazirliyin Maddi-Texniki Təminat Baş İdarəsinin rəis müavini, polis polkovniki Əkbər Əkbərov xidmətdə olmanın son yaş həddi ilə əlaqədar işdən çıxarılıb.

V. Eyvazovun əmrinə əsasən, Ə.Əkbərov təqaüdə göndərilib.

Nazirin digər bir əmri ilə DİN-in Avtomobil təsərrüfatının rəisi, polis polkovniki Elçin Alıyev Maddi-Texniki Təminat Baş İdarəsinin rəis müavini təyin olunub.

29.99 ₼ -dan başlayan qiymətlərlə
* Intel Core i3-2100 3.1GHz 2c
* 1x 500GB SATA və ya 1x 120GB SSD Disk Həcmi
* 4GB DDR3 RAM
* 50TB Trafik
* 100Mbit/s Sürət
Ətraflı məlumat üçün daxil olun:
https://hostimul.com/az/fiziki-server/