Vilayət Eyvazov Qurbanovu rəis təyin etdi

vilay 1576045520

Daxili İşlər orqanlarında kadr dəyişikliyi olub.

XALQ.AZ-ın əldə etdiyi məlumata görə, bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, polis baş leytenantı Qurbanov Murad Hüseyn oğlu Qazax Rayon Polis Şöbəsi Narkotiklərlə mübarizə qrupunun baş əməliyyat müvəkkili vəzifəsindən azad olunub.

Nazirin digər əmri ilə o, Qazax RPŞ-nin Cinayət Axtarışı Bölməsinə rəis təyin edilib.