Vilayət Eyvazov Bayramovu bu bölməyə rəis təyin etdi

Daxili İşlər orqanlarında yeni təyinat olub.

XALQ.AZ-ın məlumatına görə, Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazovun əmri ilə polis mayoru Nəriman Bayramov Binəqədi rayon polis idarəsinin 43-cü polis bölməsinə rəis təyin olunub. 

Qeyd edək ki, N.Bayramov daha öncə Binəqədi rayon polis idarəsinin Cinayət Axtarış şöbəsinin rəisi vəzifəsində çalışıb.