Vilayət Eyvazov daha iki rəis təyin etdi

Daxili işlər orqanlarında növbəti kadr dəyişiklikləri olub.

XALQ.AZ xəbər verir ki, bu barədə müvafiq əmri Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb.

Əmrə əsasən, polis mayoru Arif Məşədiyev İsmayıllı Rayon Polis Şöbəsinin Dövlət Yol Polis bölməsinin rəisi təyin edilib.

O, bundan əvvəl Qobustan rayon polis şöbəsinin DYP bölməsinin rəisi işləyib.

Nazirin digər əmri ilə polis mayoru, Eldəniz Həsənov Göygöl rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinə rəis təyin edilib.

E.Həsənov bundan əvvəl Qazax rayon Polis Şöbəsinin DYP Bölməsinin rəisi vəzifəsində çalışıb.