Vilayət Eyvazov Elvin Abbasovu rəis təyin etdi

Daxili İşlər naziri, general polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

XALQ.AZ BAKU.WS-ə istinadən, əmrə əsasən, polis mayoru Elvin Abbasov Regional Narkomaniya İdarəsinin rəisi vəzifəsinə təyin edilib.

Elvin Abbasovun özü isə yeni vəzifəyə kimi baş əməliyyat müvəkkili işləyib.