Vilayət Eyvazov görüş keçirib

Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski Daxili İşlər naziri Vilayət Eyvazovla görüşüb.

APA-nın məlumatına görə, Vladislav Kanevski bu barədə “Twitter” səhifəsində yazıb.

Səfir bildirib ki, görüşdə Azərbaycan və Ukrayna hüquq-mühafizə orqanlarının gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.

Nazir V. Eyvazovla görüş zamanı səfir Ukraynanın suverenliyi və ərazi bütövlüyünə verdiyi hərtərəfli dəstəyə görə Azərbaycana təşəkkür edib.

 

Orxan