Vilayət Eyvazov Nicat Vəliyevə vəzifə verdi

Daxili İşlər orqanlarında kadr dəyişikliyi olub.

XALQ.AZ xəbər verir ki, bu barədə nazir, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, İsmayıllı Rayon Polis Şöbəsi rəisinin əməliyyat üzrə müavini Əbülfət Abdullayev vəzifəsindən uzaqlaşdırılıb.

Onun yerinə Nicat Vəliyev təyinat alıb.