Vilayət Eyvazov qəbul keçirəcək

Azərbaycan Respublikasının Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov sentyabrın 28-də Lənkəran Şəhər-Rayon Polis Şöbəsində Lənkəran, Cəlilabad, Masallı, Astara, Yardımlı, Lerik şəhər və rayonlarının sakinlərinin qəbulunu keçirəcək.Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən  verilən məlumata görə, vətəndaşlar daxili işlər orqanlarının əməkdaşlarının fəaliyyətinə və DİN-in səlahiyyətlərinə aid məsələlərlə bağlı müraciət etməklə qəbula yazıla bilərlər. 

Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.