Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi

Daxili İşlər orqanlarında növbəti təyinat olub.

XALQ.AZ xəbər verir ki, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə, polis kapitanı Seymur Quliyev Şabran rayon Dövlət Yol Polisi Şöbəsinin rəisi təyin olunub. 

Xəbəri Şabran rayon Dövlət Yol Polisi Şöbəsindən Unikal.org-a təsdiqləyiblər.

Qeyd edək ki, bir müddət öncə Gədəbəy Rayon Dövlət Yol Polisi şöbəsinin keçmiş rəisi polis kapitanı Seymur Quliyev vəzifəsindən azad edilərək sərəncama götürülmüşdü.