Vilayət Eyvazov yeni rəis təyin etdi

Göygöl rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinə (DYPB) yeni rəis təyin edilib.

XALQ.AZ xəbər verir ki, bu barədə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Eldəniz Həsənov Göygöl DYPB-nin rəisi vəzifəsinə təyin edilib.

E.Həsənov buna qədər Qazax DYPB-nin rəisi olub.