Vilayət Eyvazovdan yeni rəis təyinatı

Daxili İşlər Nazirliyində növbəti kadr dəyişikliyi olub.

XALQ.AZ-ın məlumatına görə, bu barədə müvafiq əmri Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb.

Əmrə əsasən, Xızı RPŞ-nin İstintaq qrupunun baş müstəntiqi, polis kapitanı Vüqar Orucov vəzifəsindən azad olunaraq, Xaçmaz RPŞ-nin Təhqiqat Bölməsinin rəisi təyin edilib.