Vilayət Eyvazovdan yeni təyinat

Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazovun əmri ilə polis polkovnik-leytenantı Məhəmməd Qarayev Xızı Rayon Polis Şöbəsinin əməliyyat işləri üzrə rəis müavini təyin edilib.

XALQ.AZ xəbər verir ki, bu barədə Polis şöbəsindən məlumat verilib.

O, bu təyinata qədər Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarışı İdarəsində çalışıb.