Vilayət Eyvazovdan yol polisində yeni rəis təyinatı

Daxili işlər orqanlarında növbəti kadr dəyişikliyi olub.

Bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, polis mayoru Xalid Əzimov Baş Dövlət Yol Polisi İdarəsinin Avtotexniki müfəttişlik şöbəsinin rəisi təyin edilib.

İdarənin şöbə rəisi, polis polkovnik-leytenantı Rüfət Quliyev Oxu.az saytına təyinatı təsdiqləyib.