Vilyam Hacıyev həbs edildi

V.Hacıyev barəsində istintaqın təqdimatı əsasında Səbail rayon Məhkəməsi tərəfindən qərar çıxarılıb.

XALQ.AZ xəbər verir ki, hakim Mədinə Bağırovanın sədrliyi ilə keçirilən məhkəmədə V.Hacıyev  barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

V. Hacıyev Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərini aşma), 179-cu(mənimsəmə) və 311-ci (rüşvət alma) maddələri ilə təqsirləndirilir.